Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəhşətli qəzada ölən tələbələrin sayı 6-ya çatdı - Lalə komadan ayılmadı - FOTO
Tarix: 11-03-2017 | Saat: 10:39
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Dəhşətli qəzada ölən tələbələrin sayı 6-ya çatdı - Lalə komadan ayılmadı - FOTO

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alaraq ağır yaralanan 1999-cu il təvəllüdlü Nəsirzadə Lalə bu gün səhər səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbəsi olan L.Nəsizadənin ölümü ilə həmin qəzada ölənlərin sayı 6 nəfərə çatıb.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev Trend-ə bildirib ki, xəstəxanaya daxil olan 18 nəfərdən 5-i hazırda müalicəsini davam etdirir. Onların vəziyyəti kafi qiymətləndiririlir. Həmin xəstələr yaxın günlərdə evə buraxılacaq.

E.Quliyev qeyd edib ki, qəzada yaralananlardan 2 nəfəri dünən Kliniki Tibbi Mərkəzə cərrahiyyə əməliyyatı olunması üçün köçürülüb. Həmin şəxslərin çənə nahiyəsi zədəli olub. E.Quliyev həmin şəxslərin də vəziyyətinin kafi olduğunu söyləyib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən digər şəxslər evə buraxılıblar.

Qeyd edək ki, martın 9-da səhər saatlarında baş verən qəza nəticəsində 6 nəfər dünyasını dəyişib, 20 nəfər yaralanıb.

----------

09:29

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan tələbələrdən daha biri ölüb.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində komada olan 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə bu gün səhər saatlarında dünyasını dəyişib.

L.Nəsirzadənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal rayon şöbəsinə təhvil verilib.



Qeyd edək ki, L.Nəsirzadə Sumqayıt Dövlət Universitetinin tələbəsi idi.
Xatırladaq ki, qəza baş verən gün, martın 9-da Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova dünyasını dəyişiblər.


Dəhşətli qəzada ölən tələbələrin sayı 6-ya çatdı - Lalə komadan ayılmadı - FOTO


Xəbəri paylaş

1 1428 dəfə oxunub.

Digər xəbərlər
28-11-2018, 13:12 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___