Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
8 Martda ən qiymətli hədiyyə: "6 il sonra oğlum oldu" - VİDEO
Tarix: 08-03-2017 | Saat: 17:03
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

8 Martda ən qiymətli hədiyyə: "6 il sonra oğlum oldu" - VİDEO


Xudat şəhər sakini Tatyana Vələmmətova 8 Mart Beynəlxalq Qadınlar Günündə ən qiymətli hədiyyə alanlardandır.
"Xəbəraz.az " ARB Şimal-a istinadən xəbər verir ki, 10 ildir evli olan xanım bu gün 3-cü övladını dünyaya gətirib. 2 qız övladı olan Tatyana uzun illərdir oğul övladına sahib olmaq istəyib. Məhz bayram günündə də bu arzusuna çatıb.

Tatyana Vələmmətova: "6 ildən sonra bir oğlum oldu. 2 qızım var. Biri 8 yaşında, biri də 6 yaşında. 8 Mart bayramında çox böyük hədiyyədir. Atası göylərdə uçur. Qayınatamın adını qoymaq istəyirik."

Vələmmətovlar ailəsi kimi daha 5 ailə 8 Mart günü Quba Regional Perinatal Mərkəzində sevinib.

Tibb müəssisəsində onlarla qadın bayramı iş başında keçirir. Onlardan biri də Quba Regional Perinatal Mərkəzin həkim neonatoloqu Yeganə Ağayevadır. 25 ildir tibb sahəsində çalışan həkim bayramların çoxunu işdə qeyd edib.




Xəbəri paylaş

6508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___