Əməkdar artist: "Qayınanama görə övladımı öldürdülər" - Video
Tarix: 08-03-2017 | Saat: 13:31
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər
Əməkdar artist Kəmalə Rəhimli APA TV-də yayımlanan "Show time" verilişində qonaq olub.
Şəxsi həyatı ilə bağlı danışan müğənni maraqlı bir sirrin üstünü açıb. İfaçı bildirib ki, qayınanası, əməkdar artist Rəhilə Həsənovaya görə onun övladını öldürüblər:
“Qayınanam böyük oğlunu 1943-cü ildə Əzizbəyov xəstəxanasında Adilə xanımın yanında dünyaya gətirmişdi. Mən də övladımı dünyaya gətirmək üçün həmin xəstəxanaya getdim. Həkim bildi ki, mən Kəmalə Rəhimliyəm. Dedi ki, bunun qayınanası illər əvvəl mənə hörmət eləməyib. Təsəvvür edin ki, doğuşa çıxan bir qadına belə bir söz deyib, prinsip aparırsan. Mən elə günə düşdüm ki... Ondan sonra bilmədim ki, uşağın başına oyun açdılar, 3 gün sonra uşağım öldü. Bunu ilk dəfədir ki, açıqlayıram”.
Qeyd edək ki, K.Rəhimlinin 1 oğlu və 1 qız nəvəsi var.
Xəbəri paylaş
9378 dəfə oxunub.
Digər xəbərlər

31-03-2017, 17:50
Kahının inanılmaz faydaları
8-06-2017, 13:41
İran Trampın başsağlığı mesajını qəbul etmədi
25-12-2015, 13:25
Nazir: Əhalinin gəliri artıb
28-09-2015, 13:55
Qurban bayramı ilə bağlı humanitar aksiya keçirilib
13-11-2016, 12:30
Alpaqutlar və bocciaçılar arasında yoldaşlıq görüşü keçirilib
14-12-2017, 14:29
"Mançester Siti" qarşısıalınmazdır - VİDEO
5-04-2016, 00:33
"Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğaldan azad olunmalıdır"
8-01-2017, 12:43
Trampın qızının 113 dollarlıq libası - FOTOLAR