Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Borussiya” növbəti tur, “Barselona” möcüzə axtarışında
Tarix: 08-03-2017 | Saat: 13:25
Bölmə:Karusel / İdman | çapa göndər

“Borussiya” növbəti tur, “Barselona” möcüzə axtarışında

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçiriləcək. "Xəbəraz.az " Apasport.az saytına istinadən bildirirki “Barselona” PSJ, “Borussiya” isə “Benfika” ilə qarşılaşacaq.

“Barselona” PSJ-yə ilk oyundakı ağır məğlubiyyətdən (0:4) sonra keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb və son 2 görüşdəki rəqiblərini 5 top fərqi ilə üstələyib. Luis Enrikenin komandasının bu göstəricini fransızlarla cavab qarşılaşmasında da təkrarlayıb-təkrarlamayacağı maraqla gözlənilir. Təbii ki, PSJ “Selta” və ya “Sportinq Xixon” deyil. Son 3 görüşdə qələbələri sıralayan Paris təmsilçisi Liqa-1-də 28 turdan sonra 62 xal toplayıb və lider “Monako”dan 3 xal geri qalır. Bununla belə, Lionel Messi, Luis Suares və Neymar kimi hücum “üçlüy”ü olan komandanın nəyin bahasına olursa-olsun, qollar vurmağa çalışacağını əminliklə söyləmək olar.

Günün digər görüşündə “Borussiya” “Benfika”dan ilk matçdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Dortmundlular Bundesliqada “Volfsburq” (3:0) və “Frayburq”un (3:0) ardınca “Bayer” üzərində də asan qələbə qazanıb – 6:2. Tomas Tuhelin komandası uğurlu seriyanı “Benfika” ilə görüşdə də davam etdirmək niyyətindədi. “Qartallar” isə Portuqaliya çempionatının XXIV turunda “Feyrense”ni çətinliklə məğlub edib (1:0). Portuqaliya Premyer Liqasında 24 turdan sonra 60 xal toplayan “Benfika” hazırda turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi olan “Porto”nu 1 xal qabaqlayır.


UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
8 mart

23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
İlk oyun: 0:4

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya)
Baş hakim: Martin Atkinson (İngiltərə)
İlk oyun: 0:1


Xəbəri paylaş

6838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___