Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tutulmuş azərbaycanlı nazirə 2 aylıq həbs
Tarix: 07-03-2017 | Saat: 10:24
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Tutulmuş azərbaycanlı nazirə 2 aylıq həbs



Vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov barəsində həbs-qətimkan tədbiri seçilib.

"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, Kiyevin Solomensk məhkəməsi Roman Nəsirov barəsində iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

O, ölkədən qaçmış Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində "Külli miqdarda dövlət əmlakının talanması" maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça" şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.


Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___