Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Möcüzə axtarışında
Tarix: 06-03-2017 | Saat: 22:11
Bölmə:Karusel / İdman | çapa göndər

Möcüzə axtarışında

Sabah Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start veriləcək."Xəbəraz.az " Apasport.az saytına istinadən verdiyi məlumata görə, ilk oyun günündə diqqətlər London və Neapola, martın 8-də isə Barselona və Dortmunda yönələcək.

“Arsenal”ın qonağı olacaq “Bavariya” ilk matçda 5:1 hesablı qələbə qazanaraq, növbəti mərhələnin qapısını aralayıb. Arsen Vengerin komandası vəziyyəti öz xeyrinə dəyişmək üçün 4 cavabsız qol vurmalıdı. “Topçular”ın bu çətin missiyanın öhdəsindən gələcəyi inandırıcı görünmür. Çünki “Bavariya” hazırda əla formadadı. Bundesliqada ilk pillədə qərarlaşan Münhen təmsilçisi son 3 oyunda qapısından top buraxmadan böyük hesablı qələbələr qazanıb.

Belə ki, Karlo Ançelottinin komandası “Hamburq” (8:0), və “Şalke”nin (3:0) ardınca ötən həftə səfərdə “Köln”ə asanlıqla qalib gəlib (3:0). “Arsenal” isə şənbə günü Premyer Liqada ciddi sınaqdan üzüağ çıxa bilməyib. “Liverpul”la qarşılaşan londonlular meydanı məğlub tərk ediblər – 1:3.

Günün digər matçı da böyük maraq kəsb edir. “Napoli” Madriddə keçirilən ilk qarşılaşmada hesabı açan tərəf olsa da, “Real” sonradan 3 qol vuraraq, sərfəli nəticə əldə etmişdi. Neapolda keçiriləcək və türkiyəli FİFA referisi Cüneyt Çakırın idarə edəcəyi cavab matçında ev sahiblərini 2 cavabsız qol qane edəcək. “Napoli” ötən həftəsonu ağır oyun keçirərək, çox güc sərf edib. Belə ki, neapollular səfərdə “Roma” üzərində vacib qələbə (2:1) qazanaraq, “canavarlar”la aradakı xal fərqini 2-yə endiriblər. Bu qalibiyyət “Real”la oyunöncəsi “Napoli”də ruh yüksəkliyi yarada bilər. Amma Madrid klubu da nəyin bahasına olursa-olsun, növbəti mərhələyə adlamaq niyyətindədi. Baş məşqçi Zinəddin Zidan “Eybar”la çempionat matçında əsas heyətin bir neçə üzvünü qoruyaraq, onları “Napoli” ilə qarşılaşmaya saxlayıb. Üstəlik, Kriştianu Ronaldo zədəsini tam sağaldıb və İtaliyada komandasına kömək edə biləcək.

Martın 8-də isə “Barselona” – PSJ və “Borussiya” – “Benfika” oyunları keçiriləcək.

“Barselona” PSJ-yə ilk oyundakı ağır məğlubiyyətdən (0:4) sonra keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb və son 2 görüşdəki rəqiblərini 5 top fərqi ilə üstələyib. Luis Enrikenin komandasının bu göstəricini fransızlarla cavab qarşılaşmasında da təkrarlayıb-təkrarlamayacağı maraqla gözlənilir. Təbii ki, PSJ “Selta” və ya “Sportinq Xixon” deyil. Son 3 görüşdə qələbələri sıralayan Paris təmsilçisi Liqa-1-də 28 turdan sonra 62 xal toplayıb və lider “Monako”dan 3 xal geri qalır. Bununla belə, Lionel Messi, Luis Suares və Neymar kimi hücum “üçlüy”ü olan komandanın nəyin bahasına olursa-olsun, qollar vurmağa çalışacağını əminliklə söyləmək olar.

Günün digər görüşündə “Borussiya” “Benfika”dan ilk matçdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Dortmundlular Bundesliqada “Volfsburq” (3:0) və “Frayburq”un (3:0) ardınca “Bayer” üzərində də asan qələbə qazanıb – 6:2. Tomas Tuhelin komandası uğurlu seriyanı “Benfika” ilə görüşdə də davam etdirmək niyyətindədi. “Qartallar” isə Portuqaliya çempionatının XXIV turunda “Feyrense”ni çətinliklə məğlub edib (1:0). Portuqaliya Premyer Liqasında 24 turdan sonra 60 xal toplayan “Benfika” hazırda turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi olan “Porto”nu 1 xal qabaqlayır.


UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları

7 mart
23:45. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
İlk oyun - 1:5

23:45. “Napoli” (İtaliya) – “Real” (Madrid, İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
İlk oyun - 1:3

8 mart
23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
İlk oyun: 0:4

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya)
Baş hakim: Martin Atkinson (İngiltərə)
İlk oyun: 0:1


Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___