Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçiriləcək
Tarix: 06-03-2017 | Saat: 19:15
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 11.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.
APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
Xəbəri paylaş
7968 dəfə oxunub.
Digər xəbərlər

6-10-2019, 10:32
Bakıda 11 nəfər liftdə qalıb, 7-si azyaşlıdır
1-04-2016, 17:18
Bakıda 780 min manata telefon nömrəsi satılır
22-07-2017, 14:06
Ağsuda dəhşətli hadisə: iki azyaşlı öldü
20-12-2016, 11:09
Tanınmış aparıcı oğluna toy etdi, toyda gəlininə ev bağışladı - FOTOLAR
30-04-2019, 16:31
““Quska”nın deputat maaşını tələbələrin arasında bölürdük”
20-09-2015, 16:16
Bakıda 60 min manata Bakcell nömrəsi satılır
29-07-2016, 15:09
"Qərardan şikayət edəcəyik” - Mirşahin
3-02-2023, 13:50
Ramin Bayramlı uzun müddət sonra göründü - FOTOlar
20-05-2017, 14:31
Müğənni Prinsin var-dövləti kimə qaldı?
22-02-2019, 16:46
Avropa Liqasında 1/8 finalın püşkü atıldı