Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda dəhşətli qətl - Üzüyü qaytaran nişanlısını öldürdü
Tarix: 06-03-2017 | Saat: 11:37
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda dəhşətli qətl - Üzüyü qaytaran nişanlısını öldürdü



Bakıda gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib.

"Xəbəraz.az "-ın Report-a istinadən məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub. Bundan sonra N.Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, oğlan onun evinə gedərək boğaz nahiyəsinə bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.

Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. R.Ağayeva isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

N.Məcidov saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş

5798 dəfə oxunub.

Digər xəbərlər
17-10-2015, 13:48 Sibel Can Bakıya gəlir

bütün xəbərlər
____ Instagram ___