Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehriban Əliyeva bu cütlüyə toy edərək maşın hədiyyə etdi - Fotolar
Tarix: 05-03-2017 | Saat: 13:49
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Mehriban Əliyeva bu cütlüyə toy edərək maşın hədiyyə etdi - Fotolar

Martın 4-də valideyn himayəsindən məhrum olmuş Yasəmən və İbrahim Abzotovların toy mərasimi keçirilib.
"Xəbəraz.az " “AzərTac”a istinadən xəbər verir ki, mərasim Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

Valideyn himayəsindən məhrum olan İbrahim və Yasəmən Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüblər. Elə onların məhəbbət hekayələri də burada başlayıb.

Qeyd edək ki, İbrahim Abzotov 1989-cu ildə Bakıda doğulub. Kiçik yaşlarından valideyn himayəsindən məhrum olan İbrahim Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüb.

Yasəmən Abzotova 1994-cü ildə Bərdə rayonunun Alaçadırlı kəndində dünyaya gəlib. 2001-ci ildən valideyn himayəsindən məhrum olub. Nizami rayonundakı 1 saylı uşaq evində təlim-tərbiyə alıb. 2012-ci ildə Nizami rayonu 220 saylı məktəbi bitirən Yasəmən Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub.

Nizami rayonu 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova yeni ailə quran gənclərə xoşbəxtlik, gələcək ailə həyatlarında uğurlar diləyib: “Bilirsiniz ki, fəaliyyətə başladığı gündən Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyeva valideyn himayəsindən məhrum olan uşaqların təlim və tərbiyəsi istiqamətində, eləcə də ölkəmizdə təhsil və sosial sahələrdə çoxsaylı tədbirlər reallaşdırıb. Valideyn himayəsindən məhrum olan uşaqlara hər zaman xüsusi qayğı ilə yanaşıb. Mehriban Əliyeva ölkəmizdəki uşaq evlərinin fəaliyyətini daim diqqətdə saxlayır. Bugünkü toy mərasimi bir daha göstərir ki, ölkəmizdə hər bir vətəndaşın, hər bir gəncin arxasında Azərbaycan dövləti dayanır”.

Yeri gəlmişkən, Yasəmən 2016-cı ildə universiteti bitirdikdən sonra Heydər Əliyev Mərkəzində çalışır. İbrahim isə təhsilini başa vurduqdan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işlə təmin olunub.
Ailə quran gənclər Nizami rayonunda valideyn himayəsindən məhrum olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yaşayış binasında mənzillə də təmin edilib.

Toy mərasimində bəylə gəlinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından avtomobil hədiyyə olunub.


Mehriban Əliyeva bu cütlüyə toy edərək maşın hədiyyə etdi - Fotolar
Mehriban Əliyeva bu cütlüyə toy edərək maşın hədiyyə etdi - Fotolar
Mehriban Əliyeva bu cütlüyə toy edərək maşın hədiyyə etdi - Fotolar
Mehriban Əliyeva bu cütlüyə toy edərək maşın hədiyyə etdi - Fotolar
Mehriban Əliyeva bu cütlüyə toy edərək maşın hədiyyə etdi - Fotolar
Mehriban Əliyeva bu cütlüyə toy edərək maşın hədiyyə etdi - Fotolar
Mehriban Əliyeva bu cütlüyə toy edərək maşın hədiyyə etdi - Fotolar


Xəbəri paylaş

1 3228 dəfə oxunub.

Digər xəbərlər
26-01-2016, 17:03 Qızıl bahalaşdı (FOTO)

bütün xəbərlər
____ Instagram ___