Gömrük işçiləri civə satmaq istəyən şəxsləri saxlayıb
Tarix: 04-03-2017 | Saat: 13:09
Bölmə:Karusel / Hadisə | çapa göndər
Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daha bir fakt üzrə güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar ediblər.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi əvvəlcədən daxil olan məlumat əsasında, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əməliyyat keçirib.
Əməliyyat nəticəsində, Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki "Babək" kafesinin qarşısında Azərbaycan vətəndaşı Kərimov Möhübbət Baxtəvər oğlu ümumi çəkisi 1064,5 qram olan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.
Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Möhübbət Kərimova civəni satması üçün təhvil verən Azərbaycan vətəndaşı Alıyev Mircəfər Lətif oğlu Abşeron rayonu, Xırdalan şəhəri, Bünyad Sərdarov küçəsi, 156 ünvanında yaxalanıb.
Hər iki şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
6188 dəfə oxunub.
Digər xəbərlər

7-12-2019, 04:37
“Qalmasını istəyirik” – Qurbanov dəyişikliklərdən danışdı
31-10-2023, 09:42
Messi 8-ci dəfə “Qızıl top”u qazandı
29-06-2021, 11:10
Toylarda rəqs edərkən maska taxmaq məcburi olacaq? - RƏSMİ CAVAB
7-02-2018, 12:13
Cəbhədə silahlar susmur
31-07-2021, 10:57
Daha bir keçmiş deputatın adı QALMAQALDA - Sürücüsü maşına yaxınlaşan azyaşlı qızı döydü
26-01-2016, 22:01
Bakının mərkəzində idmançılar kütləvi dava saldılar
30-08-2017, 11:52
Tanınmış aktyor borca görə öldürülüb? - YENİ TƏFƏRRÜATLAR
16-11-2015, 23:50
İşdən qovulan nazirlər nə qədər pensiya alır?
23-03-2021, 00:52
Azərbaycanlı idmançıdan möhtəşəm qələbə - Mehman Məmmədov “Eagles FC” turnirinin kəmərini Azərbaycana gətirdi
5-07-2015, 12:46
Azərbaycanda kredit faizləri artacaq (FOTO)