Gəncədə sillə-təpik davası: 2 qırmızı vərəqə...
Tarix: 28-02-2017 | Saat: 17:40
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan Premyer Liqasının XX turunda keçirilən “Kəpəz” – “Qəbələ” matçında qalmaqal yaşanıb. Hadisənin təməli Gəncə klubunun vurduğu qoldan sonra qoyulub.
Qarşılaşmanın 36-cı dəqiqəsində Şəhriyar Rəhimovun qolu hesaba alınsa da, ötürmə anında futbolçunun oyundankənar vəziyyətdə olub-olmadığı mübahisə doğurur. Qonaqlar buna kəskin şəkildə etiraz etmələrinə baxmayaraq, referinin qərarı dəyişməyib. Bu isə əsəblərin tarıma çəkilməsinə səbəb olub.
Heç 2 dəqiqə keçməmiş hər iki komandanın yarımmüdafiəçiləri Nicat Qurbanov və Nika Kvekveskiri arasında xoşagəlməz hadisə yaşanıb. Belə ki, gürcüstanlı legionerin ikili mübarizədə rəqibinə uduzduqdan sonra arxadan badalaq - təpik atmasını həzm edə bilməyən Gəncə klubunun üzvü onun cavabını sillə ilə verib. Onları digər futbolçular çətinliklə ayırıblar. Oyunun axarını əlində saxlamağa çalışan Əliyar Ağayev isə hər iki oyunçunu qırmızı vərəqə ilə cəzalandıraraq meydandan qovub.
Bundan sonra bir neçə dəqiqə oyun dayandırılıb. Lakin sonradan ara sakitləşib və matç qaldığı yerdən davam edib.
Xəbəri paylaş
7458 dəfə oxunub.
Digər xəbərlər

4-05-2023, 15:01
Tərtərdə DƏHŞƏT: 20 yaşlı qız əri tərəfindən qətlə yetirildi
22-01-2019, 13:30
Azərbaycanda görünməmiş hadisə: Bank krediti verə bilməyən deputatın villasını əlindən aldı - FOTO
11-12-2021, 11:17
Restoranlar dekabrın 31-i gecə saat 2-dək işləyəcək - Yeni qərar
30-09-2016, 18:41
Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Şən startlar” əyləncəli idman oyunları keçirilmişdir
5-12-2021, 12:28
Ağakərimin oğlu Naziləni evə buraxmadı: Qohum-əqrəbalarını da...
6-07-2017, 20:42
Barmaqlarınızı sıxmaqla bədəninizi rahatladacağınızı bilirsinizmi?
6-03-2016, 14:38
İlham Əliyev Macarıstanın baş naziri ilə görüşüb
7-02-2017, 19:03
Sevgililər günündə ona nə alacaqsınız? - TƏKLİF
26-09-2019, 14:55
Mina verilişə hamam xalatında çıxdı - VİDEO