Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda amansızlıqla öldürülən qadın cadugər imiş - YENİ FAKTLAR - FOTO
Tarix: 28-02-2017 | Saat: 11:53
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda amansızlıqla öldürülən qadın cadugər imiş - YENİ FAKTLAR - FOTO

Fevralın 27-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsində mənzilində amansızlıqla öldürülən 53 yaşlı Anjelika Morozova ilə bağlı bəzi məqamlar üzə çıxıb. Fevralın 24-də günün ikinci yarısında öldürüldüyü ehtimal edilən qadının cadugər olduğu bildirilib. Rus magiyası ilə məşğul olduğu bildirilən qadın evində tək yaşayırmış və vaxtaşırı müştərilərini qəbul edirmiş.

Bildirilir ki, naməlum şəxs və ya şəxslər A.Morozovanı qətlə yetirməzdən əvvəl onu sorğu-sual ediblər və hələlik məlum olmayan mövzu barəsində ondan informasiya almağa çalışıblar. Qadından istədiklərini ala bilməyən və ya istəklərinə çatan həmin şəxslər daha sonra onu boğaraq öldürüblər. Boğulmaqdan əvvəl ona xəsarət yetirildiyi də üzə çıxıb.

Bu arada o da məlum olub ki, A.Morozova son olaraq fevralın 24-də səhər saatlarında sosial şəbəkədəki profilini açıb.

Faktla bağlı Başlanmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda aparılır. Cinayəti törədən şəxs və ya şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


*****

27 fevral

Bakıda yaşadığı evdə boğularaq öldürülən 53 yaşlı Anjelika Morozovanın qatilləri axtarılır. Hadisəni törədən şəxs və ya şəxslər daha sonra mənzilin qapısını bağlayaraq qaçıblar. A.Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görüncə polisə müraciət ediblər və qadının qətlə yetirildiyi üzə çıxıb.

Qətlə yetirilən A.Morozovanın bəzi fotolarını təqdim edirik.


*****

11:16

Bakıda qətl törədilib. Hövsan qəsəbəsində yaşayan 53 yaşlı Morozova Anjelika Vasilyevna yaşadığı ünvanda naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. İlkin araşdırma zamanı onun boğularaq öldürüldüyü üzə çıxıb.

Bildirilir ki, A.Morozova mənzilində tək yaşayırmış. Onun öldürülməsi hadisədən 3 gün sonra məlum olub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda araşdırma aparılır.

Bakıda amansızlıqla öldürülən qadın cadugər imiş - YENİ FAKTLAR - FOTO
Bakıda amansızlıqla öldürülən qadın cadugər imiş - YENİ FAKTLAR - FOTO
Bakıda amansızlıqla öldürülən qadın cadugər imiş - YENİ FAKTLAR - FOTO


Xəbəri paylaş

7338 dəfə oxunub.

Digər xəbərlər
21-05-2015, 21:38 Əxlaq mədəniyyəti

bütün xəbərlər
____ Instagram ___