Əsgərimizin həlak olması xəbəri yalan çıxdı - Video
Tarix: 27-02-2017 | Saat: 21:09
Bölmə:Karusel / Gündəm | çapa göndər
Əsgər Hüseynov Murad İlqar oğlu hazırda Silahlı Qüvvələrdə hərbi hissələrdən birində xidmətdədir. Onun yayılan fotosu isə 2016-cı ilin fevralında Silahlı Qüvvələrdə keçirilən ağırlıqqaldırma yarışları zamanı qohumları tərəfindən çəkilərək sosial şəbəkəyə yerləşdirilib.
"Xəbəraz.az " xəbər verir ki, bunu Ermənistan mətbuatında Azərbaycanın sosial şəbəkə istifadəçilərinə və bəzi yerli elektron kütləvi informasiya vasitələrinə istinadla Azərbaycan əsgəri Murad Hüseynovun guya həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar AzərTac-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
“Qoşunların qarşıdurma xəttində baş verən hadisələr barədə son günlər sosial şəbəkələrdə paylaşılan əsassız xəbərlər, “Youtube”da yayımlanan saxta video və fotolarla bağlı bildiririk ki, bu, Ermənistanın xüsusi xidmət orqanları üçün sifariş yerinə yetirən şəxslər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir”, - deyə məlumatda qeyd olunub.
Xəbəri paylaş
7308 dəfə oxunub.
Digər xəbərlər

8-03-2016, 11:52
Bayramınız mübarək əziz xanımlar! VIDEO
8-06-2018, 22:55
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
5-07-2015, 22:07
88 yaşlı Fidel Kastro pendir istehsalçıları ilə görüşdü (VİDEO)
2-03-2017, 15:43
Rusiyanın ən zənginlərinin SİYAHISI: beş azərbaycanlı da var
22-07-2016, 21:31
ATV-nin prezidenti yaxın dostu və bir neçə vəzifəli şəxsi işdən çıxardı
20-08-2015, 23:52
Əbubəkr əl-Bağdadinin tayfası ondan üz döndərdi
16-02-2017, 12:03
İran parlamentini silkələyən Azərbaycan çıxışı - Video
17-02-2019, 22:13
Saakaşvili: "Azərbaycanlılara nifrət edənlər üçün azərbaycanlıyam"
2-10-2018, 11:56
Hansı üzüm daha faydalıdır?