Bakıda baş həkim həbs edildi - Rüşvətə görə
Tarix: 27-02-2017 | Saat: 18:40
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakı şəhər Narkoloji Dispanserində vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib alması müəyyən olunub və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Hüseyn Həsənova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.qafqazinfo
Xəbəri paylaş
6058 dəfə oxunub.
Digər xəbərlər

17-08-2018, 17:11
Bulvarın bu hissəsi pullu oldu - Səbəb isə...
28-05-2017, 12:13
Rusiyada təyyarə qəzası: ölənlər var
18-12-2016, 17:01
Forbes Bakı-Tbilisi-Qars dəmir yolundan yazdı
7-10-2016, 14:37
Metrodakı gizli şəxsi polis axtarır
14-11-2021, 11:23
"Mən işə gedəndə arvadım parik taxıb, başqa kişiylə görüşüb" - Məşhur müğənni - VİDEO
17-06-2015, 15:04
Millət vəkilindən Türkiyənin mərhum sabiq prezidenti ilə bağlı təklif.
21-01-2022, 11:44
“Dedilər ki, Nəriman müəllimin göstərişidir, maaş verilməyəcək” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
3-11-2021, 12:40
Bakıda kişi arvadının başına çəkiclə vurub öldürməyə cəhd etdi