Gələn ayın yarısı qeyri-iş günü olacaq - 14 gün
Tarix: 27-02-2017 | Saat: 15:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda mart ayı ərzində bayram və istirahət günləri nəzərə alınmaqla, 14 günədək qeyri-iş günü olacaq.
"Xəbəraz.az "Trend-ə istinadən xəbər verir ki, mart ayı ərzində 2 bayram qeyd olunacaq. Ölkə qanunvericiliyinə uyğun olaraq, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə 1 gün, Novruz bayramı münasibəti ilə 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab edilir. Bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə martın 18-dən 27-dək (martın 27-də iş günü olacaq) istirahət edə biləcəklər.
Ümumilikdə, bayram və istirahət günləri nəzərə alındıqda dövlət müəssisələrində 5 günlük iş həftəsi ilə çalışan işçilər mart ayı ərzində 14 gün, 6 günlük iş həftəsi ilə çalışanlar 10 gün istirahət edə biləcəklər.
Qeyd edək ki, 2017-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-i bayramqabağı, 1-i Ümumxalq Hüzn Günü qabağı iş günləridir), iş günü hesab edilməyən 110 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü var.
Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanununa əsasən, bayram günləri həftə sonuna düşdükdə, bu bayramlar növbəti iş günlərinə keçirilir.
Xəbəri paylaş
7928 dəfə oxunub.
Digər xəbərlər

26-05-2016, 18:59
İrəvan təxribatçı əməllərlə məşğuldur - XİN
22-07-2021, 12:04
Hansı kişiyə hansı qadın lazımdır? - QAN QRUPLARINA GÖRƏ
6-05-2018, 12:19
Nazir Cocuq Mərcanlıda: 25 ildən sonra bir ilk - FOTO
7-05-2022, 10:09
Bibərin toxumlarını atmayın! FAYDALI RESEPT
12-02-2016, 09:49
12 FEVRAL Günün ulduz falı: çox uğurlu gündür
13-09-2016, 09:49
AB-dən Türkiyə açıqlaması: “Ləğv edilməyəcək”
13-11-2015, 17:21
Fransızsayağı saç düzümləri dəbdədir - FOTOLAR
3-02-2017, 01:33
Səhv səcdəsi necə yerinə yetirilir?
23-06-2018, 10:40
Bu gün Sabunçu rayonunda su olmayacaq