Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ
Tarix: 23-02-2017, 22:28 | Saat: 15:47:00
Bölmə:Karusel / Maraqlı | çapa göndər

"Xəbəraz.az "uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 yanlışı təqdim edir.

Allahı baba simasında təsəvvür etmək - Onda hələ uşaqdıq, elə bilirdik ki, göy üzündə bir yaşlı kişi var, hər hərəkətimizə göz qoyur, bizi izləyir. Qaranlıq çökəndə bu yaşlı kişinin təsvirinə bir detal da əlavə olunurdu: uzun qara saqqalı olduğunu düşünürdük və ona "baba" deyirdik.
Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ

Müəllimlər çörək yeməz - Uşaq üçün böyüklərin siması saf və təmiz olardı. Elə bilərdik ki, müəllimlər yemək yemir, pijama geyinmir, tualetə getmir. Bizim dəyişməyən müəllim obrazımız vardı. Cəbiş müəllimdən də təmiz müəllim obrazı.
Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ

Filmlərin real olduğuna inanmaq - O filmlərdə çəkilən qəhrəmanlar sən demə, aktyorlarmış, rola girirlərmiş. Bizi aldadıblarmış. Sən demə, filmdə ölənlər həqiqətən ölmürmüş. Sən demə, o qəhrəmanlar özləri deyilmiş.
Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ

Uşaqları hacıleylək gətirir - Biz ata və anamızı ər-arvad kimi yox, yaxın iki tanış hesab edərdik. Necə yarandığımızı soruşardıq, hər dəfə ayrı cavablar alardıq. Amma inanardıq ki, bizi hansısa leylək dimdiyində gətirib yaşadığımız evin eyvanına atıb.
Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ

Şaxta Baba - O ağ saqqalı kişi mövcuddur. Gecə yatmayacağıq. Gözləyəcəyik. Ağ saqqalı kişi bizə hədiyyələr gətirəcək. Uşaqların dostudur, o. Heç kimi aldatmırdı. Ağ saqqalı, qırmızı paltarı bizə sevimli gəlirdi.
Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ

Cin, mələk, divlərə, pərilərə, qulyabanilərə gerçək sanmaq - Niyə də yox? Ana deyir ki, yeməyini yeməsən bu saat cin gələcək. Doğurdan da gələr birdən. Gecə tək yatmaq olmaz belə anlar, gərək ata ilə ananın çarpayısına qonaq gedəsən.
Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ

Ağ-qara filmlərə baxanda filmin çəkildiyi dövrləri də rəngsiz, ağ-qara sanmaq - Yalan danışmaz axı heç kim. Kitabda yazılanlar da doğrudur, filmdəkilər də. Ağ-qaradırsa, deməli onların yaşadıqları yerlər də ağ-qara rəngə boyanıb.
Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ

Hündür binaların başına çıxıb göyqurşağına əllə toxunmaq - Hər şey əlçatandır. İstədiyimiz yerə gedə bilərik. Təki atamız aparsın.
Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ

Atanı hamıdan güclü hesab eləmək - Ondan güclüsü yoxdur bu dünyada. Heç kim atamızı yıxa bilməz. Həyatımızın tək qəhrəmanı atamızdır.
Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ

Duet oxuyan müğənniləri ər-arvad hesab eləmək - Yoxsa niyə bir yerdə əllərinə mikrofon alıb oxusunlar ki? Yəqin bir-birilərini sevirlər, bir yerdə yaşayırlar. Ona görə belə gözəl alınır duetləri...
Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ





шаблоны для dle 11.2

5368 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___