“Təcili yardım”ın əməkdaşını döydülər - FOTO
Tarix: 22-02-2017 | Saat: 11:02
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Ötən gün saat 18 radələrində Sabunçu rayonu, İlyas Aslanov küç. 166 ünvanında yerləşən 12 saylı təcili yardım stansiyasının inzibati binasında təcili yardım stansiyasının sürücüsü, 1954-cü il təvəllüdlü Sadıqov Vəli Baloğlan oğlu dəm qazından zəhərlənən 17 yaşlı Nazilə Sadıqovanın atası tərəfindən döyülüb.
Niyaməddin adlı şəхs təcili yardım stansiyasında növbətçi həkim Abbasova ilə mübahisə edərək onu təhqir edib. Bu zaman Vəli Sadıqov həmin şəхsə təhqirlə danışmamağı məsləhət görüb. Ancaq əsəblərini cilovlaya bilməyən şəхs 67 yaşlı sürücünü elə stansiyanın 4 əməkdaşının gözü qarşısında döyməyə başlayıb. Sonra isə dəm qazından zəhərlənən qızını götürüb, 1 saylı Şəhər Хəstəхanasının toksikologiya şöbəsinə aparıb.
Zərərçəkmiş Vəli Sadıqov isə təcili yardım stansiyasının əməkdaşlarının köməkliyi ilə 3 saylı Şəhər Хəstəхanasına gətirilib. İlkin müayinələr zamanı 67 yaşlı sürücüdə burun sınığı və gözünün altının hematoması aşkar edilib.
Baş vermiş hadisə ilə bağlı dərhal ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. Fakt təhqiqatçı tərəfindən araşdırılır. Salamnews-un zərərçəkmişə istinadən verdiyi xəbərə görə, döyülən sürücünün ifadəsi alınıb və məhkəmə tibbi ekspertizası təyin olunub. Alınan rəydən sonra, fakta hüquqi qiymət veriləcək.
Xəbəri paylaş
6098 dəfə oxunub.
Digər xəbərlər

5-10-2016, 21:50
"Made in Azerbaijan" brendi - Qayda təsdiqləndi
6-04-2015, 14:29
Rusiyada gənc oğlanı cərəyan belə vurdu – VİDEO
2-04-2015, 19:09
Günorta yuxusu uşaqların hafizəsini gücləndirir
30-01-2018, 17:03
Vasif Talıbovdan sərəncam verdi-Maaşlar artdı
4-11-2015, 18:45
Vergilər Nazirliyində növbəti kadr – DƏYİŞİKLİYİ
16-04-2017, 19:03
SEVDİYİMİZ ÇAY: nə vaxt xeyir, nə vaxt ziyan verir?
18-01-2019, 12:18
Qaza tələbat artıb - "Azəriqaz"dan AÇIQLAMA
23-11-2019, 01:00
Bakıda mənzildən 47 yaşlı qadının meyiti tapılıb