Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təcili tibbi yardım xidməti - HAMIYA PULSUZDUR
Tarix: 20-02-2017 | Saat: 00:14
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Təcili tibbi yardım xidməti - HAMIYA PULSUZDUR



İcbari Tibbi Sığortanın tətbiq edildiyi ərazilərdə təcili və təxirəsalınmaz yardım xidmətlərinə görə vətəndaşlar heç bir ödəniş etməyəcəklər. Bu zaman onların tibbi sığortanın tətbiq edildiyiğ ərazidə qeydiyyatda olub-olmadığı da əsas deyil. Tutaq ki, indiki mərhələdə bakı qeydiyyatında olan vətəndaşa mingəçevir şəhərində təcili yardım göstərilsə,həmin şəxs də buna görə pul ödəməyəcək.
"Xəbəraz.az " xezerxeber.az-a istinadən bildirir ki, İcbari Tibbi Sığortanın tətbiq edildiyi şəhər və rayonlarda təcili və təxirəsalınmaz xidmət pulsuz olacaq. Agentliyin şöbə müdiri Vüqar Qurbanovun sözlərinə görə göstərilən hər xidmətə görə ödənişlər agentlik tərəfindən tibb müəssisələrinə ödəniləcək.

Hər xidmətə görə ödəniş dedikdə icbari tibbi sığorta agentliyi tərəfindən hər şəxs üçün tibb müəssisələrinə ödənilən vəsait nəzərdə tutulur.

Təcili yardım xidmətlərinin göstərilməsi zamanı vətəndaşın harada qeydiyyatda olması əsas deyil. Belə ki, icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə, yəni Yevlax rayonunda və Mingəçevir şəhərində hətta rəsmi qeydiyyatda olmayanlar da bu xidmətlərdən ödənişsiz istifadə edə bilərlər.

İcbari tibbi sığortanın ambulator və stasionar üzrə təqdim etdiyi tibbi xidmətlərdən isə yalnız pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar pulsuz istifadə edə bilərlər.

İcbarı Tıbbı Sığorta Ağentlıyının şöbə müdiri vüqar qurbanov yanvar ayından bəri pulsuz təcili yardım xidmətdən bəhrələnən vətəndaşların sayını da açıqlayıb...

İcbari Tibbi Sığortanın gələcəkdə digər rayonlarda da tətbiq edilməsi nəzərdə tutulur.





Xəbəri paylaş

8688 dəfə oxunub.

Digər xəbərlər
20-04-2016, 14:04 Hava istiləşir

bütün xəbərlər
____ Instagram ___