"Çudo Peçka" tamamilə çökdü: işçilər məhkəməyə müraciət etməyə hazırlaşırlarlar
Tarix: 19-02-2017 | Saat: 14:05
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
"Çudo Peçka" mağazalar şəbəkəsinin daha iki mağazası bağlanıb.
"Xəbəraz.az "xəbər verir ki, musavat.com-a daxil olan məlumata görə, uzun müddətdir ki, maliyyə sıxıntısı yaşayan şirkətin metronun "Əhmədli", "Neftçilər" və "28 may" stansiyalarının yaxınlığında yerləşən mağazaları da artıq fəaliyyətini dayandırıb.
Bundan əlavə bildirilir ki, şirkətin baş ofisi də artıq fəaliyyət göstərmir. Eyni zamanda əldə etdiyimiz məlumata görə, mağazalar bağlandıqdan sonra şirkətin sexləri də fəaliyyətini dayandırıb. Hazırda "Çudo Peçka"nın yalnız metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında yerləşən mağazası fəaliyyət göstərir.
Məlumatı təsdiqləmək üçün şirkətin metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən mağazasına baş çəkdik. Müşahidə etdik ki, doğrudan da mağazanın qarşısından "Çudo Peçka"nın adı götürülüb. İçəridə satış olsa da, bildirildi ki, bura artıq "Çudo Peçka" olaraq fəaliyyət göstərməyəcək.
Onu da xatırladaq ki, "Çudo Peçka"nın əməkdaşları uzun müddətdir ki, maaşlarını ala bilmirdilər. Şirkət bir ildən çox idi ki, maliyyə sıxıntısı yaşayırdı.
İşçilərin maaşları son zamanlar hissə-hissə verilsə də, böyük bir qisminin ötən aylardan qalan əmək haqları hələ də verilməyib.
Əldə etdiyimiz məlumata görə, əmək haqqı ala bilməyən işçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar.
Xəbəri paylaş
7038 dəfə oxunub.
Digər xəbərlər

13-07-2015, 17:20
Araz Ağalarov hayatı
29-03-2017, 11:37
Bakıda ən bahalı evin qiyməti - 3 milyon
6-09-2015, 16:36
Bakıda 15 yaşlı qız beş gündür itkin düşüb
10-07-2018, 13:10
Kişilər niyə qızarır?
27-07-2017, 10:06
Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL
5-09-2022, 11:54
Sosial şəbəkədə tanış olduğu azyaşlı qıza əxlaqsızlıq edərək videoya çəkdi - Sabunçuda ŞOK
14-07-2018, 12:38
Bakıda lift qəzasında xəsarət alanlardan YENİ XƏBƏR - YENİLƏNİB
25-09-2020, 12:42
Bakı-İrəvan məxfi danışıqları yayıldı: Uyğunsuzluq nədir?