Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Şəhid övladlarına çörək pulsuzdur...” elanı - Reklam, yoxsa kömək?
Tarix: 18-02-2017 | Saat: 19:20
Bölmə:Karusel / Maraqlı / Bizim seçim / M2 | çapa göndər

“Şəhid övladlarına çörək pulsuzdur...” elanı - Reklam, yoxsa kömək?


Son vaxtlar hansısa mağaza, meyvə-tərəvəz dükanı ya da kafe önünə diqqət çəkən lövhə asılıb: “Şəhid övladlarına çörək pulsuzdur. Hesabları ataları tərəfindən ödənilib!” ya da “Şəhid övladlarına yemək pulsuzdur. Hesabları ataları tərəfindən ödənilib!” kimi...

Bəzən sosial şəbəkələrdə o cür elanların şəklini paylaşan hansısa istifadəçilər müzakirələr də açır, kimlərsə də şərhlər yazırlar: “Halal olsun, xeyriyyəçidir”, ya da “Allah razı olsun, çox duyğulandım”...

Şəhid ailələrinə yönəlik o yazılar yazılmış lövhələrin asılması ilk baxışdan xoş qarşılansa da, inanmırsan ki, hansısa şəhid övladı bu cür elanlara tərəf qaçar?!

Lap tutaq ki, hansısa şəhid övladının yolu o mağaza, dükan və ya kefenin yanından düşüb. Yəni inanırsınızmı ki, içəri girib deyəcək, “mən şəhid oğluyam, mənə pulsuz çörək verin”?

Bəlkə bu cür lövhələrin asılması reklam xarakteri daşıyır?

"Xəbəraz.az " xəbər verir ki, modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, əslində, bu, öz-özlüyündə müsbət bir addımdır.

“Təbii ki, kampaniya xarakteri daşımırsa! Müharibə şəraitində yaşadığımıza görə təkcə bayramdan-bayrama deyil, ilin bütün günü vətən müdafiəçiləri, şəhid ailələri, əlillər, müharibə veteranları diqqət mərkəzində olmalıdırlar. 2016-cı ilin aprel hadisələri zamanı çox ləyaqətli, vətənsevər, savadlı oğullarımızı itirdik. Ona görə də qəhrəman oğullarımızın adından sui-istifadəyə yol vermək olmaz.

Dünən Lənkəranda yas yerində olarkən, eşitdim ki, bir nəfər şəhid ailələrinə təmənnasız xidmətlə bağlı elan verib. Düzü, sevindim. Digər tərəfdən, bu qəlbdən gələn addım olmalıdır. Nəyinsə reklamı olmamalıdır. Təəssüf ki, televiziya kanalları sosial şəbəkələrdə bu cür paylaşımları görəndə gedib onu çəkib təbliğ edirlər. Düşünürəm ki, bu cür hallar reklam xarakteri daşımamalıdır.

Bu günlərdə aprel döyüşlərində şəhid olan Raqif Orucovun anım mərasimində iştirak etdik. Mərasimdə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova da iştirak edirdi. Orada çıxışım zamanı dedim ki, 1990-cı illərdə nə sosial şəbəkələr vardı, nə də saytlar. Veteranlarımız, elm xadimlərimiz, ziyalılarımız tez-tez cəbhə bölgəsinə gəlirdi. Onları kimsə məcbur etmirdi, sadəcə, bu qəlbdən gələn addım idi. Hətta bəzi cəbhəyanı rayonlarda taksi xidməti həyata keçirən insanlar, xarici jurnalistləri təmannasız olaraq ön nöqtələrə aparırdılar ki, bunlar gəlib Azərbaycan həqiqətlərini dünyaya çatdıracaqlar. Təəssüflər olsun ki, bu gün həm paytaxtda, həm də rayonlarda zabitlərimizə, əsgərlərimizə etinasız davranışın şahidi oluram.

Ötən ilin aprel hadisələrində bir daha bu ənənə baş qaldırdı. Əsgərə hörmət 3 qat artdı.
Ona görə də nə edirlər etsinlər, amma şəhidlərimizin mübarək adından, mübarək titulundan istifadə etməsinlər. Bu kampaniya xarakteri daşımasın. Kampaniya xarakteri daşıyanda cəmiyyətdə qıcıq yaradır”.

Xalq şairi Sabir Rüstəmxanlı belə lövhələrə rast gəlmədiyini deyir.

“Çünki mağazaları, dükanları gəzmək imkanım yoxdur. Amma onu deyə bilərəm ki, əgər doğrudan da lövhədə yazılanlara əməl olunursa, bu çox yaxşı haldır. Doğrudan da şəhid ailələrinə o formada yardım edirlərsə çox yaxşı ənənədir. Sadəcə, reklam xarakterli olmamalıdır. Şəffaf şəkildə həyata keçirilməlidir. Şəhidlərimizə və onların ailələrinə heç vaxt biganə qala bilmərik”.


Xəbəri paylaş

7668 dəfə oxunub.

Digər xəbərlər
14-03-2015, 11:43 Hollivudda daha bir ulduz
12-11-2017, 14:03 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___