Bakıda “Təcili yardım” xəstəni aparmadı - Gənc qız öldü
Tarix: 17-02-2017 | Saat: 17:26
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakının Xəzər rayonunda "Təcili yardım" həkiminin xəstəni xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində gənc qız ölüb.
"Xəbəraz.az "xəbər verir ki, bu barədə Report-a mərhumun valideynləri məlumat verib.
Belə ki, Zirə qəsəbəsində 1993-cü il təvəllüdlü Mailova Məlhəm Heybət qızı qan təzyiqinin aşağı düşməsi səbəbindən "Təcili yardım" xidmətinə müraciət edib. M.Mailovanın çağırışına gecikən "Təcili yardım" xidmətinin həkimi ona iynə (əzələdaxili inyeksiya) vurub. Bu isə əks təsir göstərib. M.Mailovanın halının kəskin dəyişdiyini görən valideynləri həkimdən gənc qızı xəstəxanaya aparılmasını tələb edib. Ancaq "Təcili yardım" xidmətinin həkimi bundan boyun qaçırıb. Nəticədə M.Mailova ölüb.
Gənc qızın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, "Təcili yardım" xidmətinin həkimi Həkim Məsləhət Komissiyasına çağırılıb: "Onun rəyi alınacaq. Faktla bağlı araşdırma aparılır. Həkimin günahı olduğu təqdirdə Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılacaq və o, işdən azad olunub məsuliyyətə cəlb ediləcək".
Xəbəri paylaş
7658 dəfə oxunub.
Digər xəbərlər

13-06-2015, 16:14
sentyabrın 11-də baş vermiş terroru ilə bağlı bir sıra məxfi sənədləri açığa çıxarıb.
15-07-2015, 15:54
Pensiyaçılara bayram müjdəsi
22-08-2017, 20:14
Bəxtiyar Hacıyev Elmlər Akademiyasını biabır etdi - 6 SƏRT SUAL
4-10-2019, 12:30
Bu ay iki ulduz axını olacaq
9-08-2015, 18:04
Öldürülən jurnalistin nişanlısı: Bu şəkilləri uşaqlarımıza göstərəcəkdik bəs? - FOTO
17-04-2015, 15:20
General oğlunun vurduğu şəxs ölməyib – YENİLƏNİB
18-05-2019, 19:13
Zaqatalada üç yaşlı uşaq bədbəxt hadisənin qurbanı oldu
18-06-2022, 12:26
Xərçəngin qatili - sarıkök