Bakıda maşınını evakuator aparan sürücü görün nələr etdi - VİDEO
Tarix: 17-02-2017 | Saat: 15:10
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Fevralın 14-də Bakıda avtomobili evakuatorla cərimə meydançasına aparılan sürücü qeyri-adi hərəkət edib.
"Xəbəraz.az " xəbər verir ki, baş verənlər avtosfer.az-ın kamerasına tuş gəlib. "Mercedes" markalı, 99-EO-657 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mustafa Sübhi küçəsi ilə Fuad İbrahimbəyov küçəsinin kəşişməsində dayanma-durma qaydasını pozduğuna görə onun avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin "Siqnal" İdarəsinə məxsus 90-JM-007 qeydiyyat nişanlı evakuatora yüklənərək duracağa aparılıb. Mağazadan çıxıb avtomobilinin duracağa aparıldığını görən sürücü isə xeyli məsafəni qaçaraq maşına çata bilib. O, İnşaatçılar prospektində evakuatorun dayanmasını fürsət hesab edərək onun üstünə çıxıb və öz avtomobilinə əyləşib. Evakuatorun sürücüsü bunu görsə də, səhlənkarlıq edib və hərəkəti davam etdirib. Burada qanunvericiliyin tələbi kobud şəkildə pozulub. Çünki evakuatorun sürücüsünün hərəkətə başlaması digər şəxsin evakuatordan yıxılmasına səbəb ola bilərdi. Bu əməlinə görə evakuator sürücüsünü yükdaşıma qaydalarını pozduğu üçün 40 manat cərimə gözləyir.
Xəbəri paylaş
7788 dəfə oxunub.
Digər xəbərlər

9-04-2017, 13:04
Silahlar bu gecə də susmadı - Cəbhədən son xəbər
13-12-2016, 19:19
Bu gecə son gecədir - Saat 1-ə qədər vaxtınız var
14-07-2018, 13:02
İran rəsmisi Putinin enerji planlarını açqıladı: "O istəyir ki..."
12-10-2021, 09:24
3-cü doza peyvəndə ehtiyacı olan şəxslər BUNLARDIR
12-08-2016, 21:27
Zakir Həsənov Moskvadadır
19-06-2018, 21:44
Sabah bu ərazilərdə su olmayacaq
16-05-2015, 13:11
"Qarabağ" çempion ola biləcəkmi?
12-04-2017, 15:57
Aşıq Samirədən hava limanında flaşmob - VİDEO
10-01-2018, 11:33
Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat etdi