Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah qaz olmayacaq
Tarix: 15-02-2017 | Saat: 20:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah qaz olmayacaq



Sabah Sabunçuda təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

"Xəbəraz.az " xəbər verir ki, qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar nəzərdə tutulmuş işlər aparılacaq.

Fevralın 16-da saat 09.30-dan 17.00-dək Sabunçu rayonunun Balaxanı və Sabunçu qəsəbələrinin, eləcə də Anaşkin adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xəzər rayonunun Türkan və Stansiya Qala adlanan ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. Müvafiq işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir.


Xəbəri paylaş

6088 dəfə oxunub.

Digər xəbərlər
15-01-2018, 14:18 Haqq nədir, batil nədir?

bütün xəbərlər
____ Instagram ___