Bakıya daxili orqanında külli miqdarda qızıl gətirən qadın saxlanıldı
Tarix: 15-02-2017 | Saat: 19:44
Bölmə:Karusel / Hadisə | çapa göndər
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gizli yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlamadan öncə vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib. Lakin gömrük əməkdaşının onu bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.
Bundan sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını, bəzilərinin üzəri qaşlarla bəzədilmiş - 10 ədəd üzük, 51 ədəd sırğa cütü, 4 ədəd qolbaq, 3 ədəd qolçaq, 3 ədəd sırğa-üzük dəsti, 2 ədəd kulon, 42 ədəd boyunbağı və 16 ədəd kulonlu boyunbağını çıxararaq gömrük nəzarətinə təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 265,34 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
7228 dəfə oxunub.
Digər xəbərlər

23-06-2016, 17:30
Ərdoğan: “Avropa məndən canını qurtarmaq istəyir”
29-11-2019, 17:28
Dollar yeni həftəyə belə başlayacaq
17-04-2015, 16:02
Bakı Turizm Peşə Məktəbinin direktoru dünyasını dəyişdi
2-12-2015, 21:08
Məşhur aktyor həbs olundu - FOTO
20-06-2016, 12:33
“Rusiyanın mövqeyində yumşalma görürük” - Əli Həsənov
28-11-2021, 16:04
İlham Əliyev rəsmi naharda iştirak edib
4-04-2016, 13:56
Xarici dövlətlərin hərbi attaşeləri Müdafiə Nazirliyində
11-12-2019, 16:48
Bakıda övladına işgəncə verən ata və ögey ana HƏBS EDİLDİ
20-03-2023, 11:47
“O mesajları siləcəksən” - Vüsalə Əlizadə