Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevgililər Günündə Azərbaycanda iki gənc özünü öldürdü
Tarix: 15-02-2017 | Saat: 11:41
Bölmə:Karusel / Hadisə | çapa göndər

Sevgililər Günündə Azərbaycanda iki gənc özünü öldürdü


Xırdalanda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Xırdalan şəhəri 1 saylı orta məktəbin direktoru Kəmalə Yusifova açıqlamasında bildirib ki, intihar edən Fərrux Əsədli çox tərbiyəli, dərslərini yaxşı oxuyan bir şagird olub.

Direktor deyib ki, F.Əsədlinin Sevgililər Günündə intihar etməsinin hansısa qarşılıqsız sevgiylə bağlı olmadığını deyib: "O, çox nümunəvi şagird idi. Məktəbdə hamı onun başına and içirdi". K.Yusifovanın sözlərinə görə, anası da Fərruxun özünü niyə öldürməsinin səbəbini bilmədiyini deyib.

O da məlum olub ki, F.Əsədlinin ailəsi hadisənin baş verdiyi binanın 3-cü mərtəbəsində yaşayır. Fərrux həmin binanına damına çıxaraq özünü aşağı atıb.

**
10:30
Abşeronda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Ağakişi oğlu Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, F. Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Daha bir intihar hadisəsi isə Xətai rayonunda baş verib.

"Xəbəraz.az "-ın Trend-ə istinadən məlumatına görə, hadisə fevralın 14-də paytaxtın Xətai rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü Mirzəyev Röyal Musa oğlu İbrahimov küçəsi, 41 ünvanında, yaşadığı binanın həyətində özünü asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.



Xəbəri paylaş

9918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___