Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toyuq ətinin üzərində bu zolaqlar varsa...
Tarix: 14-02-2017 | Saat: 22:41
Bölmə:Karusel / M2 / Araşdırma | çapa göndər

Toyuq ətinin üzərində bu zolaqlar varsa...


Heyvanların müdafiəsi üçün qurulan "Compassion in World Farming" qrupu yeni bir hesabatlarını dərc edib.

Qrupun yaydığı video hesabatda, mətbəxlərdə ən çox istehlak edilən qidalardan olan toyuqlar haqqında maraqlı məsələlər təsbit olunub.
Videoda istehlakçılara "marketdən aldığınız toyuğun üzərində ağ xətlər varmı?" sualı verilib.
Bir növ əzələ xəstəliyinə işarə edən bu zolaqlar fermalarda böyüyən toyuqlarda rast gəlindiyi iddia edilib.

CIWF tərəfindən yayımlanan videoda, toyuq ətində rast gəlinən ağ zolaqların toyuqların çox sürətli böyüdülməsi, daha çəkili olması və döş hissəsinin daha böyük olması səbəbindən, "miyopati" adı verilən bir əzələ xəstəliyindən qaynaqlandığı iddia edilib.

İlkin araşdırmalardan sonra, yayımlanan hesabata görə, ətin üzərində müşahidə olunan ağ xətlər ətin keyfiyyətini aşağı salmaqla yanaşı, istehlak dəyərini də azaldır.

Əzələ xəstəliyi olan toyuqlar daha yağlı olur və bişmə zamanı sousu daha yaxşı özünə hopdurur.
Bu xəstəlikdən əziyyət çəkən toyuqlar, adətən "nuqqet" kimi hazırlanmış ət məhsullarında istifadə edilir.

Aparılan araşdırma zamanı yoxlanılan 285 toyuqğun 96%-də eyni xəstəliyə rast gəlinib.


Xəbəri paylaş

7778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___