Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının bu kəndlərinin sakinlərinə ŞAD XƏBƏR - VİDEO
Tarix: 13-02-2017 | Saat: 15:32
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakının bu kəndlərinin sakinlərinə ŞAD XƏBƏR - VİDEO



Uzun müddətdir ki, təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış və deformasiyaya uğramış Abşeron rayonu Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

Eni 6-10 metr arası dəyişən, uzunluğu 8.8 km olan yolun bərpasına Digah qəsəbəsindən başlanılıb.

Xüsusən payız-qış mövsümündə sözügedən yolla hərəkət,əsasən də piyadaların hərəkəti xeyli çətinləşirdi. Çünki yaşayış məntəqələrindən keçən hissələrində piyada səkilərinin olmaması vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Artıq bu problemlər geridə qalır. Belə ki, bərpa işləri zamanı piyadalar nəzərə alınaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5-2 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

"Azəravtoyol" ASC-nin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, bundan başqa bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılacaq və karbonat materialı tökülərək kipləşdirmə işləri aparılacaq. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Bütün işlər "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, yol 3 yaşayış məntəqəsindən keçməklə 22 min nəfər əhalinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Onların istər şəhər mərkəzinə doğru, istərsə də Hava limanı və digər Bakı qəsəbələrinə doğru çıxışını asanlaşdıracaq.




Xəbəri paylaş

9638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___