Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Roman Qriqorçuk - "Ağlayası deyilik ki..."
Tarix: 12-02-2017 | Saat: 19:38
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər

Roman Qriqorçuk - "Ağlayası deyilik ki..."

"Komandamdan razı qaldım. Öz üslubumuzda oynadıq. Yaxşı qol imkanlarımız oldu. Bu gün süni meydan bizə mane oldu. Bura alışmaq lazım idi. Daha sonra vəziyyət düzəldi. Təəssüf ki, standart vəziyyətdən 2 qol buraxdıq. Uşaqlar ümumilikdə yaxşı oynadılar. Onlara demişəm ki, başlarını aşağı salıb öz işlərini görsünlər”.

Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Zirə” ilə 2:2 hesablı heç-heçə edən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında deyib.

Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Qələbənin əldən getməyində psixoloji gərginliyin nə dərəcədə rolu oldu?

- Yaxşı oyun göstərib nəticə əldə etməmişik. Buna görə pərt olmamalı, əksinə, başımızı dik tutmalıyıq. Düzdür, səhvlərdən qollar buraxdıq. Amma motivasiyanı itirmək günü deyil.

- Rasim Ramaldanovun da qırmızı vərəqə almasından sonra komandada ciddi müdafiəçi problemi yarandı. "Qarabağ”la görüşdə bu amil sizə nə kimi problem yarada bilər?

- Hazırda vəziyyət belə alındı. Məşqdə, oyunda hər şeyi düzgün etməklə yanaşı, uğur da sənin tərəfində olmalıdı. Nə edə bilərik. Başa düşürük ki, vəziyyət belədir. Əhvalımızı korlamamalı, öz işimizi düzgün qurmalıyıq. Ağlayası deyilik ki.


Xəbəri paylaş

5098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___