Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millimizdən “Böyük dəbilqə”nin ilk günündə 3 medal - YENİLƏNİB - FOTO
Tarix: 11-02-2017 | Saat: 23:44
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Millimizdən “Böyük dəbilqə”nin ilk günündə 3 medal - YENİLƏNİB - FOTO
Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.

"Xəbəraz.az " "Report"a istinadən bildirir ki,ilk yarış günündə Azərbaycanın 3 çəki dərəcəsi üzrə 4 təmsilçisi tatami üzərinə çıxıb.

Onların hamısı mübarizəyə 1/16 final mərhələsindən qoşulub. Günün yekununda 3 bürünc medal qazanılıb. Həmin medallara Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov sahib çıxıb. Bürünc medal görüşündə Heydərova uduzan Avropa çempionu və olimpiya mükafatçısı Rüstəm Orucov isə 5-ci yerlə kifayətlənib.

60 kq çəki dərəcəsindəki Orxan Səfərov əvvəlcə cənubi koreyalı İn Hyuk Çoyla qarşılaşıb. Səfərovun vazari xalı ilə qələbə qazanaraq, 1/8 finala yüksəlib. Onun növbəti rəqibi qazaxıstanlı Qusman Kırgızbayev olub. Bu dəfə də Azərbaycan təmsilçisi vazari xalı ilə qalib gəlib. 26 yaşlı idmançının 1/4 finaldakı rəqibi fransalı Vensan Limar olub. Bu dəfə də Səfərov 2 vazari ilə qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Finala gedən yolda onun rəqibi yaponiyalı Naohişa Takato olub. Bu dəfə ipponla uduzan Səfərov bürünc görüşündə braziliyalı Erik Takabatakeni vazari ilə yenərək, fəxri kürsüyə qaxmağı bacarıb.

66 kq çəkidə yer alan Nicat Şıxəlizadə çinli Daqa Qinqi sınağa çəkib. Rəqibinə 3 vazari xalı ilə qalib gələn Şıxəlizadə 1/8 finalda belçikalı Kennet van Qansbekeyə rəqib olub. Bu görüşdə Azərbaycan cüdoçusu 1 dəqiqə 46 saniyəyə ipponla qələbə qazanıb. 1/4 finalda 29 yaşlı idmançının rəqibi rusiyalı Anzaur Ardanov olub. Lakin bu dəfə Şıxəlizadə 33 saniyəyə ipponla uduzub. O, bürünc medal uğrunda ilk təsəlliverici görüşdə israilli Tal Flikkeri yenərək, bürünc medal görüşünə vəsiqə qazanıb. Şıxəlizadə bu dəfə kanadalı Antuan Buşarı 2 vazari ilə yenərək, Azərbaycanın aktivinə növbəti medalı yazdırıb.

73 kq-da Avropa çempionu və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov qazaxıstanlı Yeldos Jumaxanovla görüşüb. Rəqibini 3 vazari ilə üstələyən Orucov 1/8 finalda potuqaliyalı Jorje Fernandeşlə qarşılaşıb. Bu dəfə Azərbaycan təmsilçisi 2 vazari ilə qələbə qazanıb. Onun 1/4 finaldakı rəqibi çinli Sayyinjirqala olub. Bu dəfə də Orucov vazari xalı ilə qalib gəlib. Yarımfinalda 26 yaşlı idmançının rəqibi cənubi koreyalı Çanqrim An olub. Görüşü məğlub başa vuran Orucovun bürünc medal qarşılaşmasında rəqibi eyni çəkidəki Hidayət Heydərov olacaq. Heydərov isə əvvəlcə honq konqlu Kvok Uinq Lini 55 saniyəyə ipponla yenib. 1/8 finalda Heydərov rusiyalı Uali Kurjevə də ipponla qalib gəlib. 1/4 finalda onun rəqibi yaponiyalı Soişi Haşimoto olub. Azərbaycan təmsilçisi bu dəfə vazari ilə uduzub. O, bürünc medal uğrunda ilk təsəlliverici görüşdə fransalı Loik Korvalı yenib. Orucov - Heydərov görüşünün nəticəsindən asılı olmayaraq, Azərbaycanın aktivinə daha bir bürünc medal yazılıb. Amma onların qarşılaşmasının taleyi "qızıl xal"la həll olunub. Əsas vaxtda xal qazanılmadığı üçün 1 dəqiqəlik əlavə vaxtda gənc və perspektivli Heydərov fənd tətbiq edərək, görüşü qələbə ilə başa vurub və karyerasında ilk dəfə "Böyük Dəbilqə"nin medalına yiyələnib.

Qeyd edək ki, daha 2 çəkidəki 4 cüdoçu fevralın 12-də mübarizəyə qoşulacaq.

20:49

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.

Yarışın ilk günündə Azərbaycan millisinin 4 idmançısı nəyə qadir olduğunu göstərəcək.


Kişilər
60 kq
"Böyük Dəbilqə"nin ikiqat qalibi Orxan Səfərov mübarizəyə 1/16 finaldan start verib. O, ilk qarşılaşmasında İn Hyuk Çoini (Cənubi Koreya) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Səfərov 1/8 finalda qazaxıstanlı Qusman Kırqızbayevlə üz-üzə gəlib. Orxan bu dueldən də qalib ayrılıb. O, 1/4 finalda Visent Limarla döyüşüb. Fransalı rəqib də təmsilçimiz üçün keçilməz olmayıb.

Səfərov yarımfinalda Naohisa Tokata (Yaponiya) ilə qüvvəsini sınayıb. Təmsilçimiz bu dəfə yapon rəqibinə məğlub olub və mübarizəni bürünc medal uğrunda davam etdirəcək. Onun sonuncu rəqibi isə braziliyalı Erik Takabatake olub. Bu görüşü də qalib başa vuran Orxan mötəbər yarışı bürünc medalla yekunlaşdırıb.

66 kq
Bu çəkidə ölkəmizin idman şərəfini Nicat Şıxəlizadə qoruyur. İlk mərhələdən azad olan Qran-prinin qızıl mükafatçısı 1/16 finalda Daqa Qinqla (Çin) qüvvəsini sınayıb. Görüş təmsilçimiz üçün uğurlu alınıb. O, rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Nicat 1/8 finalda Kennet Van Qanskbeklə mübarizə aparıb və bu dəfə də tatamidən qalib ayrılıb. Şıxəlizadə belçikalı cüdoçunu 1 dəqiqə 46 saniyəyə ippona salıb. İdmançımız yarımfinala gedən yolda Anzaur Ardanovla (Rusiya) qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Buna baxmayaraq, 33 saniyəyə uduzan Şıxəlizadə medal şansını saxlayır.

O, ilk təsəlliverici döyüşdə israilli Tal Flikerə qalib gəlib. Medal uğrunda onun sonuncu rəqibi isə kanadalı Antuan Buşar olacaq.

73 kq
Bu çəki dərəcəsinin lideri olan Rüstəm Orucov da "Böyük dəbilqə"yə 1/16 finaldan start verib. O, bu mərhələdə Yeldos Jumaxanovla (Qazaxıstan) döyüşüb. Olimpiya mükafatçımız qarşılaşmasını vaxtından əvvəl bitirib. Rüstəm rəqibinə ipponla qalib gəlib. O, 1/8 finalda portuqaliyalı Jorj Fernandeslə gücünü yoxlayıb. Orucov yenə qələbə qazanıb. Analoji yarışın ikiqat qızıl mükafatçısı 1/4 finalda Saininjiriqara (Çin) ilə münasibətinə aydınlıq gətirib. Rüstəm asiyalını da mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksəlib.

O, final üçün Çanqrim Anla (Cənubi Koreya) mübarizə aparıb. Əsas vaxtı bərabərliklə başa çatan döyüşdə "qızıl xal"ı rəqib qazanıb və Rüstəm bürünc medal uğrunda döyüşməli olub.

Onun rəqibi isə həmyerlimiz Hidayət Heydərov olub.

Orucovla eyni çəki dərəcəsində gücünü yoxlayan Hidayət Heydərov isə 1/16 finalda Kuok Vinq Li (Honkonq) ilə üz-üzə gəlib. Cüdoçumuz qarşılaşmanı 55 saniyəyə bitirib. O, rəqibini ippona salıb. Növbəti döyüşünü rusiyalı Vəli Kurjevə qarşı keçirəcən gənc idmançı bu dəfə vaxtından əvvəl qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda Soiçi Haşimoto (Yaponiya) ilə qarşılaşıb. Döyüşdən Asiya Oyunlarının qalibi üstün ayrılıb.

Heydərov təsəlliverici qarşılaşmada Avropa çempionu Luis Korvalla (Fransa) görüşüb və fransızı yolundan kənarlaşdırıb. "Bürünc uğrund"a o, "Azərbaycan derbisi"ndə Rüstəm Orucovla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yığmamız yarışa 7 idmançı ilə yollanıb. Daha 3 cüdoçumuz sabah tatamiyə çıxacaq.


Xəbəri paylaş

6998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___