Rus bölməsinin abituriyentləri üçün şad xəbər
Tarix: 11-02-2017 | Saat: 16:00
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Ali və orta ixtisas məktəblərinə qəbul olmaq üçün Azərbaycan dilindən imtahan verərək "məqbul" qiyməti alan rus bölməsinin abituriyentləri bu il Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılacaqlar.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, yeni təsdiqlənən "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda öz əksini tapıb.
Qaydalara əsasən, 2016/2017-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından "məqbul" alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılırlar.
"Azərbaycan Respublikasında dövlət dili haqqında" qanuna əsasən, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılırlar.
Xəbəri paylaş
8328 dəfə oxunub.
Digər xəbərlər

24-11-2017, 11:26
Ermənilər 189 azərbaycanlı uşağı qətlə yetirib
23-06-2022, 13:48
Bölgələrdən ucuz alınan meyvələr Bakıda baha satılır - Alverçilər fermerlerdən çox pul qazanır - VİDEO
17-11-2021, 15:29
Həlak olan hərbçilərin ailə üzvləri mənzillə təmin olunacaqlar
5-08-2015, 00:40
İŞİD seks-kənizlərinin qiymət cədvəlini yaydı - Rəzalət...
22-03-2015, 13:25
Təhsil Nazirliyindən yenilik
8-08-2017, 09:28
Evlənib tez də boşananların sayı artıb
12-01-2016, 19:24
Ramil Usubov polis əməkdaşlarından ayıq-sayıq olmağı tələb etdi
8-11-2018, 17:20
Xan Şuşinskinin oğluna vəzifə verildi
16-03-2017, 21:21
Sınaq imtahanları üçün ödəniş məbləği belə olacaq