Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lalə Məmmədovadan 18 il sonra "Bir sevgi" - VIDEO
Tarix: 10-02-2017 | Saat: 11:16
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV / Fotogalereya | çapa göndər

Lalə Məmmədovadan 18 il sonra "Bir sevgi" - VIDEO
Əməkdar artist Lalə Məmmədova “Bir sevgi” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib.
"Xəbəraz.az " xəbər verir ki, bu bəstədə Aygün Səmədzadə və şairə Kəmalə Abıyeva yenidən bir araya gəlib.
L.Məmmədova mahnını ifa etmək üçün xeyli gözlədiyini bildirib:
“Bir sevgi” adlı mahnı mənim repertuarımda yeni olsa da, onun ilk ifaçısı mən deyiləm. Mahnını təxminən 18 il əvvəl ilk dəfə Nüşabə Ələsgərlinin ifasında eşitmişəm. İlk dəfədən mahnıya vuruldum. Ona olan sevgim məni vadar etdi ki, 4 il əvvəl keçirilən solo konsertimdə həmin bəstəni oxuyum. Bunun üçün həm müəlliflərdən, həm də mahnının ilk ifaçısından icazə istədim. Çox sağ olsunlar, hər biri bu istəyimi müsbət qarşıladı. Mahnının aranjimanını Samir Şirinov etdi. Klarnetdə Aydın Yəhyayev, barabanda İsgəndər Ələsgərov, bas gitarada Ruslan Hüseynov ifa edib. Bu əsər üçün Aygün Səmədzadə və Kəmalə Abıyevaya dərin təşəkkür edirəm. “Məktəb illəri” mahnısından sonra “Bir sevgi” mahnısı bizim növbəti işbirliyimiz oldu”.
Bəstəkar A.Səmədzadə isə “Bir sevgi” adlı mahnının seviləcəyindən əmin olduğunu söyləyib:
“Bir sevgi” mənim köhnə mahnılarımdan biridir. 20-dən çox yaşı var. Lalə Məmmədova mənim bütün bəstələrimi sevir. Hər zaman deyir ki, hər bir mahnınızı ifa etmək istəyirəm. O, mahnını çox həssas, sevərək oxuyub. Bu bizim növbəti uğurlu iş birliyimizdir. İnanıram ki, “Bir sevgi” bir sevgi kimi seviləcək.
Mahnının sözlərinin müəllifi K.Abıyeva L.Məmmədovanın onlara uğur gətirdiyini və bu uğurun təkrarlanacağından əminliyini açıqlayıb:
“Sözü, şeiri duyan Aygün xanım “Bu sevgi”ni də duydu. Aygün xanım musiqini don kimi elə biçir ki, şeir daha da gözəlləşir. Lalə xanımla işləmək isə mənə hər zaman xoşdur. Mən onun özünü, mədəniyyətini, şəxsiyyətini sevirəm. Günlərlə onu dinləyə bilərəm. İnanıram ki, bu işimiz də bizə uğur gətirəcək. Çox peşəkar ifa edir. Mahnını onun ifasında eşidəndə öz yazdığım sözlər məni kövrəltdi. Bunu ancaq o edə bilərdi”



Xəbəri paylaş

7388 dəfə oxunub.

Digər xəbərlər
12-03-2017, 13:45 Sabahın HAVASI

bütün xəbərlər
____ Instagram ___