Professordan dollarla bağlı mühüm - Açıqlama
Tarix: 07-02-2017 | Saat: 10:58
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Hazırda dolların ucuzlaşması daha çox psixoloji amillərlə bağlıdır.
Bu sözləri keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib.
Ekspertin sözlərinə görə, FES-in 2017-ci il üzrə ilk iclasında uçot dərəcəsini artıracağı proqnozlaşdırılsa da, gözlənilən qərarın qəbul edilməməsinin təsirləri qısamüddətli olacaq:
“Dolların ucuzlaşması prosesi uzumüddətli olmayacaq. Çünki Amerika Mərkəzi Bankı 2017-ci il üçün dolları xeyli bahalaşdırmaq kursunu aparacaq”.
Azərbaycanda dolların ucuzlaşmasına gəlincə, ekspert hesab edir ki, bunun iki səbəbi var:
“Birincisi, indiki şəraitdə Azərbaycanda dolların ucuzlaşması beynəlxalq faktorlarla bağlıdır.
İkincisi, Mərkəzi Bankın banklardakı valyutadəyişmə məntəqələrində 4 faizlik marjanı aradan götürməsi, bu sahədə proseslərin tam liberallaşması və bundan sonra valyuta bazarında müəyyən canlanmanın baş verməsi kursa təsir edib. Bir neçə ay idi ki, valyuta bazarlarında qıtlıq əmələ gəlmişdi, banklar valyuta satmırdılar və bu səbəbdən də kifayət qədər valyuta toplanmışdı. Hazırda banklarda yığılmış valyutanın bazara təklif olunması fonunda manatın möhkəmlənməsi baş verir”.
Qeyd edək ki, FES-in 1 fevral tarixli uçot dərəcəsinin artırılmaması ilə bağlı qərarından sonra Rusiya, Türkiyə və Azərbaycanda dolların ucuzlaşması müşahidə olunur.
Xəbəri paylaş
8308 dəfə oxunub.
Digər xəbərlər

18-09-2015, 12:31
Kompyuter ziyanlarından gözlərimizi necə qoruyaq?
30-04-2016, 17:20
94 yaşlı nasist ilk dəfə danışdı: “Dəhşət idi”
9-06-2022, 02:34
LÖKBATANDAKI ÜZƏN QAZMA QURĞULARINI METALLOM KİMİ SATIRLAR
24-12-2016, 11:44
Burak Fahriyeyə evlənmə təklifi etdi - Fotolar
28-05-2015, 14:58
Aysel Bülənt Ərsoyla bir arada - fotolar
10-06-2017, 20:03
DAMLANIN "SUPER AŞİK"İN GÖZOXŞAYAN – FOTOSESSİYA
26-06-2020, 14:33
Daha bir gömrük əməkdaşı HƏBS OLUNDU
22-03-2016, 11:10
Ebru Gündeşin həyat yoldaşı ABŞ-da həbs edildi
20-04-2019, 15:49
Azərbaycanda doğuş zamanı daha bir KÖRPƏ ÖLÜMÜ
21-10-2016, 22:57
Bunu da gördük - internetli ayaqqabı (FOTO)