Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaradağda püskürən vulkan 10 ha ərazini əhatə edib
Tarix: 07-02-2017 | Saat: 09:56
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Qaradağda püskürən vulkan 10 ha ərazini əhatə edib


"Dünən Qaradağ rayonunda püskürən "Otmanbozdağ" vulkanında püskürmə tam başa çatıb. Vulkan artıq sönüb". Bu barədə Lent.az-a AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsindən bildirilib. Vulkan püskürməsi təxminən 10 ha ərazini əhatə edib. Hazırda ərazi vulkan palçığı ilə əhatə olunduğundan institut tərəfindən lazımi ölçmə işləri bir neçə gün sonra aparılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev isə bildirib ki, hazırda nazirliyin mütəxəssisləri vulkanda ölçmə işləri aparırlar. Ölçmə işləri axşamadək davam edəcək: "Hazırda vulkanda vəziyyət stabildir. Pərakəndə halda qalan xırda odlar da artıq sönüb. Vulkandan xaric olunan axıntılar isə hələ nəm haldadır. Adətən bu axıntılar püskürmədən 6-7 saat sonra qurumalı idi. Axıntıların hələ də nəm qalması bir qədər qəribədir".

Qeyd edək ki, dünyanın ən böyük palçıq vulkanlarından olan "Otmanbozdağ" Qaradağ dəmiryol stansiyasından 5 km şimal-qərbdə yerləşir. Vulkanın diametri 300 metrdir. Onun səthində 100-dən artıq qrifon var. Bu zamana qədər 3 püskürmə - 22 yanvar 1845-ci ildə, 1951-ci il və 10 oktyabr 1961-ci ildə qeydə alınıb.


Xəbəri paylaş

7728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___