Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Həyatımda incəsənətdən elə şəxslər olub ki,..” - Müsahibə
Tarix: 06-02-2017 | Saat: 17:11
Bölmə:Karusel / Şou-Biznes / Müsahibə | çapa göndər

“Həyatımda incəsənətdən elə şəxslər olub ki,..” - Müsahibə


Aktrisa Günel Məmmədovanın müsahibəsi:

- “Günəşim ol” serialının adını sizə görə seçiblər?

- (Gülür) Mənə görə qoymayıblar. Sadəcə olaraq günəş işıq rəmzidir. Çalışmışıq ki, bu serialı, obrazları işıqlandıraq. Ad simvolik olaraq seçilib, mənim obrazımla heç bir əlaqəsi yoxdur. Düzdü, mənim obrazım, yəni Nərgizin adını Günəş kimi qoymaq istədilər, sonra alınmadı. Məsləhət olundu ki, elə Nərgiz olaraq qalsın.

- Bir çox seriallarda çəkilmisiz. Amma nədənsə, “Günəşim ol” serialı ilə daha çox məşhurlaşdız, insanlar tərəfindən sevildiz. Mənimlə razısız?

- Sizə səbəbini deyim, Nərgiz müsbət bir obrazdır. Elə alındı ki, 5 il ərzində ancaq mənfi obrazlara həyat vermişəm. Düzdü, daha çox söyülmüşəm, ancaq sevənlərim də olub. Obrazım tamam fərqlidir, 5 il sonra tamaşaçılarda tamam fərqli təəssüratlar yaranmağa başladı, sevildi. Obrazım xeyirxahdır, hamıya köməklik edir və ən əsası real həyatdan bəhs edir. Doğrudan da Azərbaycanda 13-14 yaşlı qızları ərə verirlər. Bəzi bölgələr də təssüf ki, belədir. Tanımadan, fotosunu görüb ərə gedənlərə də rast gəlmək mümkündür. Bir həftə bundan qabaq özüm şoka düşdüm. Təsəvvür edin ki, 11-ci sinfin şagirdi nə oxumağı, nə də yazmağı bacarır. Atası deyir ki, mən onu ərə verəcəm. Bu, fəlakətdir. Biz də serialda ictimai bir mesaj veririk. Bu səbəblərə görə, serial daha çox sevilir.



- Ətrafınızda bu cür ailə həyatı quranlar çoxdur?

- Bir bu hadisə ilə rastlaşmışam. Xanım, yoldaşı və qızı bir arada idilər. Doğrudan da çox təəcübləndim. Söylədim ki, 16 yaşı var, niyə məktəbə qoymamısız? “Neynirəm? Ərə verəcəm, gedəcək” cavabını verdilər. Xanım da yox, “Arvad olacaq” dedi. Arvad kəlməsindən heç xoşum gəlmir. Bu barədə mən nə deyə bilərəm? Valideynləri bu düşüncəyə malikdir. Bundan əlavə, indiki dövrdə şəkillə ər bəyənmək, ailə qurmaq var. Tanışlarım arasında belə şey var. Onları çox tənbeh etmişəm. Daha sonra evlənirlər, peşman olurlar, gileylənirlər. Şəkillə ərə getmək absurd bir şeydir. Valideynlər və həmin insanlar məsələni dərk etmirsə, bizim deməyimiz boş olacaq.

- Bəzi valideynləri günahkar hesab etmək olar. Onlar kiçik yaşlarından övladlarına ailə qurmaq, ərə getmək barədə danışırlar, onların psixologiyasına mənfi təsir edirlər.

- Ola bilər. 14 yaşlı qıza necə elçi gəlmək olar? Göbəkkəsdi kimi məsələlər hələ də aktualdır. Demirəm ki, övladları nəzarətsiz saxlayın. Ancaq bu məsələlərdə rahatlıq versələr əla olar. Onların da öz fikri var. Mən şükürlər edirəm ki, ailəmdə bu cür şeylər olmayıb. Bizimlə dost kimi davranıblar. Uşaqla dost olmaq lazım, onlara hörmət etmək, şəxsiyyət kimi baxmaq lazımdır. Azyaşlı olanda göbəkkəsdi edirlər, böyüyəndə bir-birilərinə nifrət edirlər, məcbur evlənirlər. Hazırda bu məsələr azdır, amma var. İndiki dövrdə elə insanlarla rastlaşıram ki,.. Bir xanım var idi, evlərində televiziya yox idi. Pianoya baxıb deyir ki, bu nədi?

- Mənfi obrazlarınıza görə tənqid, təhqir olunduğunuzu dediz. Bu cür tənqidlər sizi ruhdan salmır?

- Heç kim üzümə təhqir deməyib, belə qabiliyyətdə biri yoxdur. Ancaq “Ləkə” serialında rol alan zamanı aktyor Rövşən ictimai nəqliyytadan istifadə edib. Serial yeni efirə getmişdi. Xanımın biri Rövşənə obrazının adıyla, Xəzər deyə müraciət edib. Deyib ki, o ifritə arvadın da yaman rol oynayır. İnsanlar çox vaxt serialı şəxsiyyətə bağlayırlar. Neqativlik, nifrət ötürürlər. Hətta Lənkəranda xəstəxanada çəkiliş var idi. Tibb nümayəndəsi yaxınlaşıb dedi ki, nənəm seriala baxır, dedi ki, nəhayət ki, o qız düzəldi (Gülür).

- Bir aktrisanın 5 il eyni mövzuda seriala çəkilməyi nə dərəcədə doğrudur?

- İlk mənfi rolum “Ləkə” serialında olub. Hər zaman mənfi bir obrazı canlandırmaq niyyətində olmuşam. Mənə deyirdilər ki, səndə alınmaz, siman və səs tembrin fərqlidir. Amma Kənan Mahmudov mənə şans verdi, bundan sonra 5 il dalbadal mənfi obraz verdilər. İndi müsbət obraz oynamaq istədim, icazə vermirdilər, deyirdilər ki, səndə mənfi obraz daha uğurlu alınır. Rejissorlarımızın bəzilərində qəribə bir xüsusiyyət var. Hazır materiallardan istifadə etməyi çox sevirlər. Aktrisaların seçimi olmur. Hələ bir çox mənfi obrazlardan imtina etmişdim. “Günəşim ol” da rejissorumuz Şahinə təşəkkür edirəm ki, tilsimi qırdı. Bundan əlavə, iki serialdan dəvət almışam, müsbət obrazlardır. Rejissorlar aktyor-aktrisaları şablona itələyirlər. Mən istəyərdim ki, samballı komediya filmində rol alım. Bundan əlavə, kar, kor, lal kimi tam fərqli bir obraz canlandırmaq istəyirəm. Hələ ki, bunlar yoxdur.



- Serialda eyni səhnələr uzadılır. Məsələn, hər bölümdə mütləq bir nəfər xəstəxanaya düşür. Elə bil ki, ssenari boşluğu var. Ölkədə yaşı ssenaristlərin sayı niyə azdır?

- Heç kimin qəlbinə toxunmaq istəmirəm. “Günəşim ol”un ssenaristlərini çox istəyirəm, hörmət edirəm. Amma bir az ssenari problemi ilə üzləşirik. Yaşar Əhmədov ssenaristlər axtarır, ancaq istədiyini tapa bilmir. Düzdü, insanlar real danışırlar. Çox yazırlar ki, nə qədər xəstəxana, polisə düşmək olar? Hamısı ssenaridən asılıdır?

- “Günəşim ol” hər gün yayımlanır. Amma yayım cəmi 30 dəqiqə çəkir. Yeni insanlar çayını süzüb TV qarşısında otururlar və serial bitir. Olmazmı ki, həftədə bir dəfə yayımlansın və vaxtı uzadılsın. Bu təkliflə rejissora müraciət etmisiz?

- Düzdü, tamaşaçılar sosial şəbəkələrdə mövzu ilə bağlı şərh yazırlar. Bizdən asılı olan bir şey deyil, rəhbərlik danışıb, kanaldan bizə vaxt ayırıblar.

- Serialda Nərgizi həm Kənan, həm də Fərhad sevir. Real həyatda siz seçiminizi kimdən yana edərdiz?

- Məncə, Fərhad... Hər ikisi Nərgizi ürəkdən sevir. Sadəcə olaraq Kənan evlənmək istədiyini deyir, amma başqa qızla nişanlanır. Ailəsinə gücü çatıb deməyib ki, mənim sevdiyim qız var. Nərgiz bu səbəbdən kəndə gəlir, Kənan arxasında dayanmadı. Real həyatda da belədir. Gərək kişi qadının arxasında dayansın. Kişi sözünün üstündə durmursa, o kişi qadının nəyinə lazımdır? Bu gün belə şey edirsə, ailə qurandan sonra nə edəcək? Düşünürəm ki, Fərhad daha uğurlu bir seçim olardı. Fərhad kişi kimi sözünün dalınca durur, yalanı yoxdur. Kənan isə nə nişanlısını atır, nə də Nərgizdən əl çəkir. Kişi gərək bir seçim etsin.

- Bir az da “Gülsüm nənə” obrazından danışaq. Zemfira xanım serialda daha çox bəyənilir.

- Çox yaxşı bir insandır. Bizim kollektivin nənəsidir. Çox qayğıkeşdir, istedadlı aktrisadır. Neçə ildir ki, Lənkəran Dövlət teatrında çalışır. Düşünürəm ki, gözəl aktrisa ola bilərsən, ancaq əsas insanlıqdır. İnsanlığı olmayanda sənətkarlığı gözümdən düşür. İnsan sadə olanda onun sənətini daha çox sevməyə başlayırlar. Zemfira xanım da belə xanımlardandır.



- TV aləmində bir çox serial gedir. Sizə rəqib hansıdır?

- Sözün düzü, heç birinə baxmıram. Təsadüfi hallarda baxıram. Həm çəkilişdə, həm də teatrda oluram. Amma eşitdiyimə görə, “Vicdan haqqı” serialını çox bəyənirlər, ailə üzvlərim də izləyir. Ancaq rəqib görmürəm. Səbəbini deyim ki, hər serialın öz dəsti xətti və tamaşaçısı var.

- Özünüz əks cinsin nümayəndəsini seçməkdə çətinlik çəkdiz?

- Dərinə gedən bir xanımam, milyon dəfə ölçüb-biçirəm. Birini bəyənməyim çox çətin olur.

- Amma tilsimi qırdız? Sutoyla tanış olduz...

- Hə, amma bu haqda danışmaq istəmirəm (gülür).

- Maraqlıdır ki, mediada onun Türkiyə vətəndaşı olduğu qeyd olunub. Doğrudur?

- Xeyr, Türkiyə vətəndaşı deyil.

- Niyə incəsənət arenasının üzvləri xarici vətəndaşlarla evlənir? Qorxurlar ki, evlilikdən sonra yerli kişilər sizin sənət fəaliyyətinizə “stop” deyəcək?

- Ümumi götürəndə yox! Fərqi yoxdur ki, xarici və ya azərbaycanlı kişidir. Əsas insanların bir-birini anlamasıdır. Çox gözəl bilirik ki, bizim teatrda ər-arvad birlikdə çalışır. Tək bizdə yox, incəsənət ailəmində belə cütlüklər çoxdur. Mənə elə gəlir ki, hər bir insan öz yarısını tamamlamaq istəyir. O yarısı afrikalı, amerikalı, azərbaycanlı ola bilər. Hər kəsdən üzr istəyirəm. Mənim həyatımda incəsənətdən elə şəxslər olub ki, sənətimə yox deməyiblər. Sadəcə olaraq ailə qurmaq istəsələr belə, mən yox demişəm. İnsan gərək tamamlana! Qadına ilk növbədə başa düşən biri lazımdır. Xaraktercə çox çətin bir xanımam.



- Çətin xanım dedikdə nəyi nəzərdə tutursuz?

- Şəxsi məsələlər, dostluqda çətin biri olduğum ortaya çıxır. Yüz ölçən biriyəm, araşdırıram. Mənimlə evlənmək istəyənə tezcə “hə” deməmişəm. O qədər çürüdəcəm, baxacam, araşdıracam. O baxımdan çətin biriyəm. İnsan müxtəlif münasibətlərdə başqa cür olur. Ailəmdə başqa, iş yoldaşlarım arasında başqa biriyəm. Hər şeyin dərinliyinə gedirəm.

- Belə başa düşürəm ki, nişanlınız Azərbaycanda yaşamır. Siz evləndikdən sonra Azərbaycandan köçəcəksiz?

- İnşallah, bunu qismət göstərəcək. Sabahın necə olacağını bilmirik. Uşaqlıqdan bu sənəti sevmişəm. Bu cümləni çox adam işlədir, amma tam səmimiyyətimlə deyirəm ki, uğurlarımı öz gücümə əldə etmişəm. Bunların hamısını atıb getməyə dözmərəm. Mənə çox pis təsir edər, depressiyaya düşə bilərəm.

- Tez-tez depressiyaya düşürsüz?

- Yox, həssas oluram, ancaq depressiyaya düşmürəm. Allah mənə güc verib, düşünürəm ki, depressiyaya düşəndə özümə ziyan vuracam. Kimə nə edə biləcəm? Yaradıcılığımdan uzaq qalacam, ailəmə vaxt ayırmayacam. Bilmək olmaz, bəlkə də, yıxılıb öldüm. Çalışıram ki, bütün neqativlərdən uzaq olum.



- İctimai yükü olan bir serialda rol almısız. Ancaq sosial məsələlərlə bağlı sosial şəbəkədə paylaşım etmirsiz, səbəbi nədir?

- Mən neytral insanam, ancaq sosial şəbəkələrdə foto paylaşıram. Status yazmaqdan xoşum gəlmir. Bu o demək deyil ki, mənim mövqeyim yoxdur. Sadəcə olaraq sevmirəm, bu, mənim xarakterimdir.

- İndi aktrisalar seriallarda rol almağa can atırlar. Səbəb isə teatrdan fərqli olaraq seriallarda qonorarların bir qədər çoxluğudur. Teatr və serial aləmindəki qonorar fərqləri çoxdur?

- Mən teatrdan qabaq kinoya çəkilmişəm, daha sonra bura gəlmişəm. Sənətim isə kino və teatr aktrisasıdır. Əvvəlcə düşündüm ki, teatr daha pafoslu məkandır, mənlik deyil. Daha sonra teatrı çox sevdim. Teatra görə bir çox layihələrdən imtina etdim. Həm teatrı, həm də serialı çox sevirəm. Rəhbərimiz Mübariz müəllimə təşəkkür edirəm. Elə olur ki, bir günə çəkiliş üçün Lənkərana gedirəm, səhəri gəlib tamaşaya çıxıram. Çatmayanda başqa aktrisa məni əvəz edir. İnanın, başqa teatrın aktrisalarına belə şərait yaradılmır. Hətta, serial çəkilişləri Bakıda olur, şərait yaratmırlar.



- Teatr aktrisasının seriallarda rol almağı böyük avantajdır. Tamaşaçılar ekranda gördükləri simaya görə teatra axın edirlər, onu tamaşada izləmək istəyirlər. Serialdan sonra tamaşanıza gələn insanların sayı çoxalıb?

- Əlbəttə, böyük rolu var. Sizinlə razıyam. Dublyor sistemi ilə çalışır. “Romeo və Cülyetta” tamaşasında mən və efirdə görünən aktrisa rol alırsa, biletlər satılır. Ancaq bir qədər efirdə az görünən aktrisanın tamaşasına biletlər bir qədər az satılır.

- Qala gecələrinə siz hər zaman fərqli geyimlərdə qatılırsız. Cülyettadan ilham alaraq bu cür geyimlərdən istifadə edirsiz?

- Geyimlərimi özüm seçirəm. Adi həyatda “sport”dan istifadə edirəm. Ancaq qala gecələrində seçilməyi çox sevirəm, xoşum gəlir. Qeyri-adi olmağı sevirəm.qafqazinfo


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___