Bakıda yeni dələduzluq: özünüzü bu adamdan gözləyin - VİDEO
Tarix: 06-02-2017 | Saat: 10:03
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Bakıda yeni dələduzluq üsulu ortaya çıxıb.
"Xəbəraz.az " baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir videoda adamın özünü avtomobilin qarşısına atdığı əks olunur. Kameraya düşən şəxs əlini avtomobilinizə çırpıb yerə yıxılır ki, guya onu maşınla vurdunuz.
Şəhərin müxtəlif yerlərində dayanan şəxs hazırda Alatavadan "Şamaxinka"ya çıxan yolda "növbə çəkir". Amma bu dəfə işi alınmayıb. Videodan göründüyü kimi avtomobil piyadanın yanından asta-asta ötüb keçir, sonradan sürücü arxa tərəfdən tappıltı səsi eşidir. Güzgüdən baxan sürücü arxada bir nəfərin yerə yıxıldığını müşahidə edir. Sürücü maşını kənara verib dayanır, düşən kimi artıq ətrafdakı adamlardan bir neçəsi sürücüyə xəbər verirlər ki, bu adam həmişə bu işlə məşğul olur - əlini maşının arxa tərəfinə vurub özünü yerə yıxır.
Sürücü artıq çıxıb yolun kənarında oturan bu adama yaxınlaşıb və ona xəbərdarlıq edib ki, onu videokameraya çəkib və internetdə yayacaq, piyada dərhal yazıq görkəm alıb: "Mən nə deyirəm ki?.. Ayağım sürüşdü, yıxılanda əlim maşınına dəydi". Amma başqa hallarda bir çox sürücüləri bu yolla bəlaya salır.
Qeyd edək ki, dələduzluqla məşğul olanlar iki nəfərdir. Qarşıdan gələn adamın son anda avtomobili vurmaq üçün əlini cibindən çıxarması da kameraya düşüb.
Xəbəri paylaş
7778 dəfə oxunub.
Digər xəbərlər

2-05-2016, 22:42
Ermənilərin yaraladığı sakin Bakıya gətirilir
21-09-2022, 11:16
Məşhur müğənni əriylə "Xəyanət" müqaviləsi İMZALADI
12-10-2016, 15:36
Sevil Əliyevanın tarixi fotoları - Ad günü
16-02-2017, 15:19
"Şahin Zəkizadə ölməyib" - BAŞ HƏKİMDƏN AÇIQLAMA
3-11-2017, 10:00
Rafiq Hüseynovla vida mərasimi keçirilir - FOTO
27-03-2015, 11:03
Azərbaycan tarixi qızıl qazandı – VİDEO
17-07-2016, 15:07
Beyons Türkiyədə şəhid olanlar üçün oxudu - FOTOLAR
20-04-2017, 11:00
Bakı metrosunda FACİƏ: sərnişin komaya düşdü - FOTO
29-03-2022, 17:35
Azərbaycanda dəhşətli avtobus qəzası - ölən və yaralananlar var