Vizası olan müsəlmanların ABŞ-a girişinə icazə verildi
Tarix: 04-02-2017 | Saat: 23:38
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Prezident Donald Trampın immiqrasiya fərmanın şamil edildiyi yeddi müsəlman ölkəsinin vizası olan vətəndaşlarının Birləşmiş Ştatlara girişinə icazə verilib.
"Xəbəraz.az " bildirir ki, Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Gillian Kristensan açıqlamasında Prezidentin fərmanının icrasının müvəqqəti olaraq dayandırıldığını bildirib. Onun sözlərinə görə, bununla bağlı aviaşirkətlərə də məlumat veriləcək.
Eyni açıqlama ilə Daxili İşlər Nazirliyi də çıxış edib: Vizaların geri alınması qərarının icrası dayandırılıb. Vizaları ləğv edilməyən və əllərində qanuni vizası olan şəxslər ölkəmizə gələ bilərlər. Bununla belə, əvvəllər olduğu kimi, ölkəyə daxil olan şəxslər ciddi şəkildə yoxlanılacaq.
Ötən gün ABŞ-ın Sietl federal məhkəməsi Prezidentin miqrasiyanı sərtləşdirən fərmanının ləğv olunması barədə qərar çıxarmışdı. Donald Tramp isə Tvitter səhifəsində hakimin qərarına münasibətini belə ifadə edib: "Ölkəmizin qayda-qanununa hörmət qoymayan hakimin qərarı gülüncdür və həmin qərar ləğv olunacaq".
Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D.Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
Xəbəri paylaş
7538 dəfə oxunub.
Digər xəbərlər

3-02-2016, 00:05
Xaçmazda sürücü polisi vurdu
25-11-2016, 09:46
Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib
6-12-2017, 14:06
Öskürəyi sağaldan, ürəyi və damarları möhkəmləndirən sehrli meyvə
24-11-2022, 17:21
“Savadsız ananın uşağı hansı tərbiyənin yiyəsi olacaq?!” - Psixoloqdan qalmaqallı sözlər
9-10-2015, 21:56
Saxta sənədlə kredit verilməsi faktı ilə bağlı cinayət işi başlandı
8-11-2018, 11:32
Daha bir süpürgəçini maşın vurub öldürdü
5-01-2016, 14:13
Röya Ayxan "İşte benim stilim"də - Video
4-12-2021, 11:07
Qusarda ev yanıb, 40 yaşlı kişi yanaraq ölüb
2-09-2018, 11:36
Putindən Qarabağ açıqlaması: "Mümkün köməyi edəcəyik..."