Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu çiçəklər sizə şans gətirəcək: evinizdə saxlayın
Tarix: 04-02-2017 | Saat: 22:15
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Bu çiçəklər sizə şans gətirəcək: evinizdə saxlayın


Bəzi çiçək və güllər evdə şans, rahatlıq, xoşbəxtlik, sağlamlıq gətirə bilmək gücünə malikdir. Bu cür bitkiləri evinizdən əskik etməyin. Aile.lent.az həmin çiçəklərlə sizi tanış edir.

Qərənfil

Evinizdə romantik ab-hava yaratmaq üçün yataq otağınızda ağ qərənfil saxlayın. Ağ qərənfil sakitlik və əmin-amanlıqla yanaşı, romantik enerji də əks etdirəcək.


Mimoza

Evinizdə və iş yerinizdə qoyacağınız mimozalar müvəffəqiyyəti artırar və uğur qazanmanızı təmin edər.


Pion

Şans, sürprizlər, sədaqət və şəfqət üçün pion çiçəklərini seçin. Ağ pionlar sədaqəti və şəfqəti, qırmızılar isə şansı və sürprizləri həyatınıza gətirəcək.


Liliya

Evinizə bol pul və bərəkət çəkmək üçün zanbaq çiçəyindən istifadə edin.


Xrizantema

Xrizantema evinizə sevinc enerjisini bəxş edər, xoşbəxtliyi atırar. Eyni zamanda, stressdən uzaq qalmanızı təmin edər və dinclik verər.


Orxideya

Orxideya çiçəkləri evdəki sülhü, əmin-amanlıq və sakitliyi təmin edər.


Yaşıl yarpaqlı bitkilər

Yaşıl böyümə, inkişaf və sağlamlığın rəngidir. İnsanlarda sağlamlıq, yenilik və şansı artırır.


Bütün bu çiçək və bitkiləri yerləşdirərkən bir məqama diqqət yetirin: onları xarakterlərinə uyğun evin cənub və şimal hissəsində yerləşdirin. Bu, evin şansını və bərəkətini artırar.


Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___