Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pərviz Bülbülə: "Burada eyib bir şey yoxdur..." - VİDEO
Tarix: 03-02-2017 | Saat: 20:22
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Pərviz Bülbülə: "Burada eyib bir şey yoxdur..." - VİDEO

Meyxanaçı Pərviz Bülbülə “Canlı yayım”da qonaq olub. Söz ustası müsahibədə bir çox mövzulardan söz açıb:
“Bu sənətdə müəllimim olmayıb. Sadəcə olaraq Ağamirzədən, Kərimdən, Məşədi Babaya baxa-baxa, hərəsindən bir az nəsə öyrənib, sənətə gəlmişəm. Formalaşıb, öz üslubumu tapmışam. Nəinki mənim, heç bir meyxana deyənin müəllimi yoxdur. Bu gün sənətdə olan insanlar var, onların yolunu davam etdirmək borcumuzdur. Bu günə qədər sənətdə mənə yol göstərən olmayıb. Deməyiblər ki, onu et, bunu eləmə. Əgər mən meyxananın yolunu bilmirəmsə, niyə meyxanaçıyam? Şagirdlər özünə ustad seçirlər. Bu günləri sırf mənə baxıb, mənim kimi meyxana deyənlər var. Amma məsləhət görərdim ki, bunu eləməsinlər. Çünki bunu edən adam özünü tapa bilməz. Heç vaxt deməmişəm ki, bir insan mənə nəyisə öyrətsin. Bəlkə bu gün ustadlarımız da razıdırlar ki, meyxanaya yalnız dəstək olmuşam. Meyxananı sevdirməkdən başqa heçnə eləməmişəm. Bu günə qədər deyən olmayıb ki, ay Pərviz, sən hardan gəldin, sənə görə meyxanaya qulaq asmıram. Əksinə, mənə görə meyxananı sevənlər olub”.
Meyxanaçı bildirib ki, sənətinin sirlərini kiməsə öyrətmək fikrində deyil: “Tələbələrim yoxdur. Müraciət edəndə də deyirəm ki, hələ özüm öyrənirəm. İnsan öyrənə-öyrənə kiməsə nəsə öyrədə bilər? Yox. Hər gün yeni bir sirr açılır. İstehsalla, istedad sözünün fərqi var. İstehsalı öyrənmək olar. Amma öz istedadımı qarşımdakına öyrədə bilmərəm".

P.Bülbülə ilk dəfə pul qazandığı peşədən də söz açıb: “İlk dəfə meyxanaçılıqdan yox, dülgərlikdən pul qazanmışam. Gözəl mebel yığmağı bacarmışam, elə indi də bacarıram. Amma dülgər işlədiyim dövrdə meyxana deməyi də sevirdim. Sadəcə istəmirdim ki, pul müqabilində meyxana deyim. Pulumu dülgərliklə qazanırdım, meyxananı isə sevdiyimə görə deyirdim. Ta o vaxta qədər ki, meyxana özü mənə dedi ki, daha bəsdir, dülgərliyi bir kənara qoy. 13-14 yaşımdan meyxana deyə bilirdim. İndi də çox istərdim ki, balaca bir məkanım ola, özüm dülgərlik edim. Burada eyib bir şey yoxdur, mən bu sənətdən çörək qazanmışam. Meyxanadan ilk qazandığım pul isə mənə çox qəribə gəldi”.




Xəbəri paylaş

7768 dəfə oxunub.

Digər xəbərlər
24-04-2015, 00:58 Bir az da gulək VİDEO

bütün xəbərlər
____ Instagram ___