Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İti güllələmək istədi, özünü öldürdü
Tarix: 03-02-2017 | Saat: 12:51
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

İti güllələmək istədi, özünü öldürdü
Ağdam rayonunda dəhşətli hadisə baş verib.

"Xəbəraz.az " xəbər verir ki, dünən gecə saatlarında Xındırıstan kəndində 1972-ci il təvəllüdlü İsmayılov Tofiq Kamal oğlu kustar üsulla düzəltdiyi silahla atəş açarkən özünə xəsarət yetirib. O, hadisə yerindəcə vəfat edib.

Bildirilir ki, 45 yaşlı T. İsmayılov dünən axşam saatlarında yaşadığı evin həyətinə it girdiyini görüb. O, həyətə düşərək özünün kustar üsulla hazırladığı və tüfəngə bənzəyən silahla iti vurmaq istəyib. Bu zaman silahın çaxmağı çıxaraq onun sağ gözünü parçalayıb. Baş beynindən ağır xəsarət alan T.İsmayılov hadisə yerindəcə ölüb.

Ailə üzvləri bildiriblər ki, T.İsmayılov həyətə düşəndən bir qədər sonra partlayış səsi eşidiblər. Onlar həyətə düşüb Tofiqi axtarıblar və təxminən 2 saat sonra onun meyitini tapıblar.


Xəbəri paylaş

7058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___