Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elnur Hüseynzadənin anası: "Hərbi hissədən zəng elədilər ki, əsir düşüb" - VİDEO
Tarix: 02-02-2017 | Saat: 18:10
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Elnur Hüseynzadənin anası: "Hərbi hissədən zəng elədilər ki, əsir düşüb" - VİDEO

Ailə üzvləri Elnuru sonuncu dəfə ötən gün səhər görüblər

Ermənistan Ordusunun əsir götürdüyü Elnur Hüseynzadə Bərdə rayonun Qullar kəndindəndir. "Xəbəraz.az "-ın istipress.com-a istinadən xəbərinə görə, Elnurun anası Səidə Hüseynova deyib ki, oğlu hərbi xidmətini başa vurduqdan sonra yenidən xidmətə yollanıb və müddətdən artıq hərbi xidmətdə olub. O, sonuncu dəfə dünən səhər evdə olub.

Bərdə rayon Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətindən isə bildirilib ki, Elnur Hüseynzadə 2013-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və 2015-ci ildə ordudan tərxis olunub.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda isə deyilir ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin məlumatı yalandır.

Elnur Hüseynzadə adlı şəxs isə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

Qeyd edək ki, Ermənistan KİV Ermənistan Müdafiə Nazirliyinə istinadən bir Azərbaycan əsgərinin əsir düşməsi barədə məlumatlar yayıb. Məlumata görə ötən gün 15:00 radələrində Talış kəndi yaxınlığında dumanlı hava şəraitində baş verən döyüş toqquşmasında Azərbaycan əsgəri, Bərdə şəhərindən olan 1995-ci il təvəllüdlü Elnur Hüseynzadə əsir götürülüb.



Xəbəri paylaş

7428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___