Azərbaycanda inanılmaz hadisə: qonşusunun əvəzinə qardaşını öldürdü - TƏFƏRRÜAT
Tarix: 01-02-2017 | Saat: 13:50
Bölmə:Karusel / Hadisə | çapa göndər
Biləsuvar rayonunda 29 yaşlı Adil Əliyevin qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin təfərrüatı məlum olub."Xəbəraz.az " xəbər verir ki, qardaşı Asim Əliyev tərəfindən güllələnərək öldürülən Adil Əliyev bir neçə ay əvvəl Rusiyadan Azərbaycana qayıdıbmış. Rusiyada qalmaqla bağlı problemi olan Adil bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən təxminən 3 ay əvvəl Azərbaycana deportasiya edilib.
Məlum hadisənin baş vermə səbəbinə gəlincə, Asim Əliyev dünən günorta saatlarında qonşuluqda yaşayan Şahin Əliyevlə mübahisə edib. Mübahisəyə müdaxilə edən Adil onları sakitləşdirib. Axşam saatlarında Asim evə qayıdarkən yolda Adili görüb. O, yaxınlaşmaqda olan şəxsi qonşusu Şahinə bənzədib və tüfənglə atəş açıb. Güllələr Adilin qarın boşluğuna və çiyninə dəyib və öldürücü olmayıb. Amma Asim Əliyev qaranlıq havada kimi güllələdiyini fərq etmədən onu təpikləməyə başlayıb və ayağı ilə öldürücü zərbələr endirib. Səs-küyə onun qonşusu Şahin Əliyev gəlib və Asim bu dəfə ona atəş açıb. Alın nahiyyəsinə qırma batan Şahinin xəsarəti xoşbəxtlikdən öldürücü olmayıb.
Faktla bağlı araşdırma aparılır.
*****
8:57
Biləsuvarda silahlı insident zamanı iki nəfər güllələnib, onlardan biri ölüb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Əliyev isə baş nahiyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Xəbəri paylaş
8038 dəfə oxunub.
Digər xəbərlər

25-03-2015, 20:05
Murad Dalkılıç yerli məşhurlarla bir arada - foto
12-03-2021, 10:32
Deputat gizli toy edənlərə haqq qazandırdı: Düz edirlər!
8-05-2016, 11:17
Türkiyədən İŞİD-ə zərbə: 55 ölü
19-10-2019, 21:30
Narkotik çəkib, "Renta car”dan götürdüyü maşını sürdü
3-05-2015, 14:15
lham Əliyev Xocalı soyqırımı ilə bağlı Pakistan parlamentində qəbul edilən qətnaməyə görə təşəkkürünü bildirdi
16-02-2016, 11:48
6 yaşlı uşağın dəhşətli qətli - Yeni faktlar (FOTO)
2-01-2017, 16:14
Bakıda dəm qazından ölən futbolçuların - Fotoları
14-03-2015, 13:21
Simona Varqova: Azərbaycanlılar Slovakiyanı Sloveniya ilə səhv salırlar
12-10-2023, 12:23
Aysun ikinci dəfə ərə gedir - "Elçi də gəliblər, maraqlanıblar .."