Barmaqları daim soyuq olanlar, DİQQƏT: Bu, o xəstəliyin əlamətidir
Tarix: 01-02-2017 | Saat: 12:10
Bölmə:Karusel / Səhiyyə / Foto-fakt | çapa göndər
Bədən ilk növbədə həyati əhəmiyyət kəsb edən orqanlara istilik göndərir. Bu halda barmaqlar bir az soyuq qalır. Ancaq digər hallarda bir çox sağlamlıq problemləri barmaqların davamlı olaraq soyuq qalmasına səbəb ola bilər. Aile.lent.az barmaqların soyumasına səbəb olan hallarla sizi tanış edir.
Raynaund xəstəliyi
Bu xəstəlik əllərdə, barmaqlarda, qulaq və burun qan dövranının pozulması nəticəsində ortaya çıxır. Qan dövranının azalmasıyla barmaq ucları əvvəlcə ağ rəng alır. Ağ olan hissələr gün keçdikcə qızarıb yanmağa başlayır.
Outoimmun pozuntusu
Outoimmun pozuntusu immunitet sisteminin əks fəaliyyəti nəticəsində sağlam hüceyrələrə hücum vəziyyətinə deyilir. İmmunitet sistemi bədənin normal komponentlərini özününkü hesab etməyərək, toxumalara və ya orqanlara hücum edən bakteriyalar əmələ gətirir. Bunun nəticəsində isə iltihablanma və outoimmun pozuntusu ortaya çıxır.
Tiroid xəstəliyi
Tiroid vəzinin kifayət qədər hormon istehsal etməməsi nəticəsində ortaya çıxan xəstəlikdir. Yod çatışmazlığı bu xəstəliyin ən əhəmiyyətli səbəblərindən biridir. Tiroid vəzi az fəaliyyət göstərdikdə hipofiz TSH-ın qana verilməsi artır. Bədən toxumaları üçün lazımlı miqdarda tiroid hormonu ifraz etmir. Bunun nəticəsində hipotiroit meydana gəlir. Toxumalara kifayət qədər qanın çata bilməməsinin digər səbəbi də budur.
Anemiya xəstəliyi
Qanda qırmızı qan hüceyrələri olur. Bu qan hüceyrələrinin içərisində bədənə oksigen daşınmasını təmin edən hemoqlobin var. Hemoqlobin aşağı düşdükdə qan azlığı problemi yaranır. Soyuq əl və barmaqlarla yanaşı baş gicəllənməsi, nəfəs darlığı, göz qaralması kimi bir çox əlamətlər də müşahidə edilə bilər.
B12 çatışmazlığı
B12 vitamini qırmızı qan hüceyrələrinin istehsalında əhəmiyyətli rol oynayır. B12 ən çox ev heyvanları, ət, yumurta və süddə olur. B12 vitamini olmadıqda qan hüceyrələrinin istehsalı azalır və hüceyrələr keyfiyyətsizləşir. Bunun nəticəsində toxumalara kifayət qədər qan getmir və əl-ayaq üşüməyə başlayır.
Xəbəri paylaş
1 5088 dəfə oxunub.
Digər xəbərlər

4-04-2022, 11:20
Göyçayda kollec müdiri BAZAR AÇIB - Nazirə müraciət olundu
24-12-2021, 10:31
Bakıda DƏHŞƏTLİ QƏTL: Səhər yeməyində anasının başını kəsdi - VİDEO
24-10-2021, 10:42
Soyuqdəymə zamanı ən təsirli vasitələr
4-07-2022, 11:39
Mədə ağrısını, köpü götürür, sümükləri bərkidir... – ŞÜYÜDÜN BİLMƏDİYİNİZ FAYDALARI
3-03-2016, 18:21
"iPhone"nun bilmədiyiniz 10 funksiyası (VİDEO)
22-01-2016, 13:19
Türkiyədə kişiləri aldadan azərbaycanlı qadın iş başında yaxalandı
12-12-2015, 19:14
Türkmənistan ərazisində itkin düşən neftçilərin axtarışına başlanılıb
31-07-2022, 14:44
DTX-nın həbs etdiyi şəxs icra başçısının qardaşı oğlu imiş - VİDEO