Bakıda iş axtaranların nəzərinə
Tarix: 17-03-2015 | Saat: 20:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Gənclər işlə təmin oluna bilər.
Martın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon Təşkilatının birgə təşkilatçılığı ilə gənclər üçün Əmək yarmarkası keçiriləcək.
Xeberaz.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, yarmarka “Nizami” kino mərkəzində (Bülbül prospekti 20) təşkil olunacaq.
Yarmarkada boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Tədbir zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək istəyənlərin qeydiyyatı da aparılacaq. Həmin boş iş yerləri üzrə əmək haqqı 250-900 manat arasında dəyişir. Bundan əlavə olaraq, yarmarkada sosial cəhətdən həssas qruplardan olan şəxslər üçün kvota üzrə 107 boş iş yeri də təqdim ediləcək ki, onlardan 96-sı məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub.
Xatırladaq ki, ƏƏSMN tərəfindən ötən il respublikanın 60 rayon və şəhərində keçirilən Əmək yarmarkalarında 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 85 faizə yaxını, yəni 4838 nəfəri işlə təmin olunub.
Qeyd edək ki, nazirlik tərəfindən müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər üçün səyyar Əmək Birjası təşkil olunacaq.
Xəbəri paylaş
7578 dəfə oxunub.
Digər xəbərlər

25-10-2016, 21:03
Azərbaycanda polisə yeni səlahiyyət verilib
5-05-2016, 17:24
"Hamımızın hesabat verməsi lazım idi..."
20-09-2016, 15:57
Aktrisa ad günündə ölən rejissor haqda: "Oturan kimi keçindi"
11-11-2016, 11:21
Uşaq doğuş zamanı öldü - Bakıda
17-10-2015, 16:18
Rusiya baş naziri Obamanı zəif lider adlandırdı
6-03-2018, 15:38
Siqareti tərgitmək istəyənlər üçün XÜSUSİ İÇKİ: Hər səhər için
27-07-2015, 16:21
Qanlar içində can verdi – kömək edən olmadı - VİDEO
17-10-2016, 03:30
Bu VİDEO ilə məşhurlaşdı, amma indi başı bəlada (VİDEO)
28-12-2019, 21:52
Bayramla əlaqədar qoruqların iş günləri açıqlandı