Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qubada AİLƏ FACİƏSİ: ata 13 yaşlı qızını niyə öldürdü? - TƏFƏRRÜAT-YENİLƏNDİ
Tarix: 31-01-2017 | Saat: 16:24
Bölmə:Karusel / Hadisə | çapa göndər

Qubada AİLƏ FACİƏSİ: ata 13 yaşlı qızını niyə öldürdü? - TƏFƏRRÜAT-YENİLƏNDİ



Bu gün Quba rayonunun Alpan kəndində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Xəbəraz.az " xəbər verir ki, kənd sakini Əşrəf Süleymanovun 13 yaşlı qızı Səfurəni ailə münaqişəsi zəminində bıçaqladığı məlum olub.



Bildirilir ki, Ə.Süleymanov ruhi-əsəb xəstəsidir. Bir neçə il əvvəl həyat yoldaşı onu tərk edib və kiçik övladı ilə qonşu kəndə-atası evinə gedib. Ə.Süleymanov isə qızı Səfurə ilə bir otaqlı evdə yaşamağa davam edib. Bu gün Ə.Süleymanov qızını məişət işi ilə bağlı buyurub. Daha sonra qızının onun istəyini yerinə yetirmədiyini görən kişi bıçaqla ona hücum edib və kəsici alətlə onun ürəyinə zərbə endirərək öldürüb.



İlkin araşdırma zamanı Ə.Süleymanovun yeniyetmə qızını öz bacısının azyaşlı uşağının gözü önündə öldürdüyü məlum olub.



Atası tərəfindən öldürülən qız orta məktəbin 8-ci sinif şagirdi olub.



Araşdırmalar davam etdirilir.



*****



15:10



Bu gün günorta saatlarında azyaşlı qızını öldürən ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


APA-nın şimal bürosunun məlumatına görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əşrəf Süleymanov saxlanılaraq istintaqa təhvil verilib.



Faktla bağlı araşdırmalar davam etdirilir.


13:03

Quba rayonunda qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb.



Kənd sakinlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, kənd sakini Əşrəf Süleymanov qızı, 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib.



Atanın ruhi xəstə olduğu bildirilir.



Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş

7018 dəfə oxunub.

Digər xəbərlər
20-04-2019, 15:35 Hava nə vaxt isinəcək?

bütün xəbərlər
____ Instagram ___