Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
WhatsApp-dan 2 MÖHTƏŞƏM YENİLİK
Tarix: 31-01-2017 | Saat: 12:11
Bölmə:Karusel / Texnologiya | çapa göndər

WhatsApp-dan 2 MÖHTƏŞƏM YENİLİK


WABetaInfo-nun Twitter səhifəsində WhatsApp messencerinin yeni funksiyaları sızdırılıb.

"Xəbəraz.az " xəbər verir ki, bundan sonra messencerdəki qrup çatlarında olan iştirakçıların olduqları yeri təyin etmək mümkün olacaq. İştirakçıların real zaman ərzində yerlərinin təyin olunması (Live Location Tracking) funksiyası, messencerin həm Android, həm də iOS versiyalarına əlavə olunacaq. Sözügedən funksiya öncə deaktiv vəziyyətdə olacaq. Lakin onu ayarlar bölməsindən aktiv etmək mümkün olacaq. İstifadəçilərin yerini təyin etmək funksiyasını 1, 2, 5 dəqiqə və ya bilinməyən vaxta qədər aktiv etmək olacaq. Bu çox rahat funksiyadır. Belə ki, istifadəçi qrup çatındakı digər istifadəçilərin görüş təyin olunmuş yerdən nə qədər uzaqda olduqlarını öyrənə biləcək. Hər bir istifadəçi, onu izləyə bilmək xüsusiyyətini dayandıra bilər. Bunu da təbii ki, ayarlardan etmək mümkün olacaq. Sözügedən funksiyadan başqa, həmçinin messencerə ismarıcların geri çağırılması və redaktə olunması əlavə olunur. Hər iki funksiya istifadəçi tərəfindən oxunmayan ismarıclara şamil olunacaq. Geri çağırılma ismarıcı ləğv edir və ismarıcı qəbul edən şəxs onu görmür. Redaktə etmək xüsusiyyəti isə ismarıcın mətnini dəyişməyə imkan verəcək. Beləliklə ismarıcı qəbul edəcək şəxs redaktə edilmə prosesini görmədən mətnin yenilənmiş versiyasını görəcək.


Xəbəri paylaş

8868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___