Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
70 manata gilas, 35 manata banan, dənəsi 10 manata alça... - VİDEO
Tarix: 30-01-2017 | Saat: 15:38
Bölmə:Karusel / İqtisadiyyat / Xəbəraz TV | çapa göndər

70 manata gilas, 35 manata banan, dənəsi 10 manata alça... - VİDEO


Sərt qış fəslini yaşamağımıza baxmayaraq, bazarda mövsümə uyğun olmayan meyvələrin çeşidi göz oxşayır. Damaqların dadını dəyişən meyvələr çeşid-çeşid piştaxtaları bəzəyir.

Gördüyünüz çiyələyin 250 qramı 5 manat, alçanın bir dənəsi isə 8-10 manat arasında dəyişir. Bu isə mini banandır. Həcmcə çox kiçik olmasına baxmayaraq, dadlıdır, tərkibi bol vitaminlərlə zəngindir. Kiloqramı 35 manatadır.

Ümumiyyətlə, paytaxt bazarlarına ekzotik meyvələrin çoxu Cənubi Amerikadan gətirilir.

"Xəbəraz.az " apa.tv-yə istinadən xəbər verir ki, bazarda adına və özünə ilk dəfə rast gəldiyimiz meyvələr də oldu. Karambola, marakuya və manqustinin kiloqramı 35 manata, moruq, böyürtkən, qaragilənin bir qabı 10 manata təklif olunur. Sarı qreypfrutun kiloqramı 7 manata satılır.

Satıcılar iddia edirlər ki, qışda isti ölkələrdən Azərbaycana gətirilən meyvə və giləmeyvələr xüsusi şəraitdə saxlanılır: "Meyvələr gətirilərkən onların üzərindəki sənədlərdə saxlanma şəraiti ilə bağlı məlumat olur. Biz də ona uyğun olaraq soyuducularda temperatur müəyyənləşdirib saxlayırıq".

Kakamid kokosun soyulmuş forması xüsusi qablaşdırılıb və bir ədədinin qiyməti 10 manatdır. Altun çiyələk, yemiş, qarpız və daha nələr, nələr...

Heç yayda belə bu gözəllikdə gilasa rast gəlmək olmaz. Vətəni Çilidir. Orada hazırda yay fəsli olduğundan, gilasın mövsümüdür. Kiloqramı 70 manata satılır. Yeyib dadına baxdıq. Çox dadlıdır.

Bir sözlə, bazar və dükanlarda hər mövsümdə müxtəlif ekzotik meyvələri tapmaq olur. Bu meyvələrin müxtəlif faydalı xüsusiyyətləri ilə yanaşı, əks-göstərişləri də var: "Bir çox hallarda bazarda məhsulların maya dəyəri çox olmasın deyə, meyvələr kimyəvi parafindən istifadə edilərək saxlanılır. Belə olan halda bu meyvələr bazar və supermarketlərdə 12 ay müddətində tər və gözəl görünə bilsin. İstənilən halda mövsümdən kənar meyvə yemək həkimlər tərəfindən qadağan edilir. Çünki onun tərkibindəki stabilizatorlar, konservatorlar və qatqılar mədə-bağırsaq sistemində bir çox xəstəliklərin, allergiyanın və mədən bağırsaq pozuntularına yol açır".

Odur ki, bu qiymətlərlə hazırda meyvə yeməyiniz çətin olsa da, heç olmasa, mövsümündə yerli meyvələrimizdən doyunca qidalanın ki, o biri mövsümə kimi səbir edə biləsiniz.



Xəbəri paylaş

1 7748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___