Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyalı turistlər Türkiyədə ödənişi rublla edəcəklər
Tarix: 29-01-2017 | Saat: 10:10
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Rusiyalı turistlər Türkiyədə ödənişi rublla edəcəklər


Rusiyanın “Sberbank” və Türkiyənin “Denizbank”ı turizm və kənd təsərrüfatı sektorunda rublla ödəniş sistemi tətbiq etmək niyyətindədir.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə “Denizbank” baş direktoru Hakan Ateş Moskvada təşkil edilən birinci “World Tourism Forum”da çıxışı zamanı bildirib.

“Rusiyalı turistlərə Türkiyədə banklarda və bankomatlarda hər cür əməliyyat aparmaq, ödənişi rublla etmək üçün imkanlar yaradılacaq”,-deyə Ateş bildirib.

Bundan əlavə o, “Biz “Sberbank”a pul köçürmələri və ödənişlər zamanı heç bir komissiya götürmədiyi üçün də təşəkkür edirik”,- deyə vurğulayıb.

Onun sözlərinə görə, artıq bəzi turizm operatorları və otellər rusiyalı turistlərə xidmət edən zaman ödənişləri lirə ilə deyil rublla qəbul etməyə hazırdır. Bu istiqamətdə “Atlas” aviakompaniyası ilə də işlər aparılır.



Xəbəri paylaş

6928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___