Təhsil Nazirliyi: "Elə ümumtəhsil məktəbləri var ki..."
Tarix: 29-01-2017 | Saat: 09:52
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Azərbaycan Təhsil Nazirliyi (TN) ölkənin orta məktəblərində fiziki tərbiyə dərslərinin keçirilməsi ilə bağlı mövcud vəziyyəti dəyərləndirib.
"Xəbəraz.az " xəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, hazırda orta məktəblərin tədris planına uyğun olaraq, fiziki tərbiyə dərslərinin həftəlik dərs yükü 1-ci sinifdən 11-ci sinfədək 2 saatdır:
"Düşünürük ki, həftə ərzində bu fənnin 2 saat effektiv keçirilməsi yaxşı nəticələrə gətirib çıxara bilər".
Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanın idman zalı olmayan məktəblərinin sayını konkret demək mümkün deyil:
"Çünki 2003-cü ildən başlayaraq, yəni son 10 ildən də artıq müddətdə Azərbaycanda 3000-dən çox ümumtəhsil məktəbi yenidən tikilib və ya əsaslı təmir edilib. Bu da o deməkdir ki, ən azı, 3000 məktəbin idman zalı fəaliyyət göstərir, yaxud da onların idman meydançaları yenidən qurulub, burada idman infrastrukturu ilə bağlı hər hansı iş görülüb. Azərbaycanın elə ümumtəhsil məktəbləri var ki, onların idman infrastrukturu ən müasir səviyyədədır. Şagirdlər onlardan istifadə edirlər. Belə məktəblərdə hətta yüksək səviyyəli yarışlar da keçirə bilərlər".
Nazirlikdən deyilib ki, Azərbaycanın müstəqilliyi dövründə, xüsusilə son 10-15 il ərzində Azərbaycanda məktəb binalarının tikilməsi və yenidənqurulması zamanı idman infrastrukturunun qurulması nəzərə alınır. İdman infrastrukturunun yaradılması gələcəkdə məktəblərin təmiri zamanı da nəzərə alınacaq və təhsil sistemində idman infrastrukturuna diqqətin göstərilməsi siyasəti davam etdiriləcək.
TN-dən əlavə edilib ki, orta məktəblərdə fiziki hazırlıq yalnız idman zallarında deyil, həm də mövsümdən asılı olaraq, məktəblərin həyətlərində - stadionlarında keçirilə bilər. Hazırda da fiziki tərbiyə dərslərinin keçirilməsi üçün məktəblərin həyətlərindən və bu ərazilərdəki qurğulardan istifadə edilir.
Xəbəri paylaş
9708 dəfə oxunub.
Digər xəbərlər

27-02-2018, 19:57
İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı -
24-06-2020, 19:26
Dövlət Gömrük Komitəsi məlumat YAYDI
29-04-2017, 13:15
Xalq artistinin oğlu söyüşə görə adam vurdu-"belə vurub-yıxan oğlansan, get bacını axtar"
3-09-2021, 11:46
“WhatsApp” bu telefonlarda işləməyəcək
19-08-2022, 11:41
Bakıda müştəridən taksi sürücüsünə şok narkotik iddiası: “Özündə deyildi, dedi ki, “uçuram” - FOTO
17-07-2017, 20:05
Natavanın toyundan ilk görüntülər - VİDEO - FOTO
26-07-2017, 12:44
Sabahın Havası
2-01-2017, 19:03
Kişilər niyə xəyanət edirlər? - SƏBƏBLƏR