Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İmtahanların qiymətləri belə tənzimlənəcək
Tarix: 28-01-2017 | Saat: 15:08
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

İmtahanların qiymətləri belə tənzimlənəcək


Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edilib.

"Xəbəraz.az " Trend-ə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən 15-ci hissədə “ali təhsil pilləsinin müxtəlif səviyyələrinə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərdən sənədlərin götürülməsi,” sözləri “orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi.” sözləri ilə əvəz edilir.

Aşağıdakı məzmunda 42-ci hissə əlavə edilir:

“42. Dövlət qulluğu üzrə test imtahanlarında iştirak etmək”.

Qeyd edək ki, bundan əvvəl Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda buraxılış imtahanlarından başqa digər növ imtahanların ödənişli olması üçün həmin xidmətlərin Tarif Şurasının müvafiq siyahısına daxil edilməli olduğunu bildirmişdi.



Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
29-09-2015, 00:01 Hacı Nuran Bakıda - Foto
7-07-2017, 12:54 Sabahın HAVAsı

bütün xəbərlər
____ Instagram ___