Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Azəri məhkəməyə verəcəyik..." - Direktorun qızı
Tarix: 27-01-2017 | Saat: 22:59
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

"Azəri məhkəməyə verəcəyik..." - Direktorun qızı

ATV-nin "Yoxlama" verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı Xətai rayonu Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktorunun vəfat etməsi haqda xəbər vermişdik.

Məlumata görə, çəkilişlə bağlı yaranan qalmaqallardan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problemlər yaranıb və vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.

"Xəbəraz.az " bildirir ki, musavat.com saytının əməkdaşı məsələni aydınlaşdırmaq üçün mərhumun evində olub.

Məsələ ilə bağlı danışan mərhum direktorun yaxınları bütün günahı ATV telekanalının əməkdaşı Azər İsmayılovda görürlər.

Mərhum direktorun qızı sayta bunları deyib: "Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur. O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir".

Mərhumun evində aldığımız digər məlumata görə, dünən günorta saatlarında məktəbə 2 nəfər valideyn gəlib. Onlar mərhum direktorla mübahisə ediblər. Mübahisənin səbəbini öyrənə bilmədik. Amma məlumdur ki, o, bu mübahisədən sonra dünyasını dəyişib.

"Mərhum biz çəkiliş etdikdən sonra mətbuatda açıqlamalar vermişdi" - bu sözləri musavat.com-a ölümə səbəbkar kimi ittiham edilən aparıcı Azər İsmayılov deyib.

O, sözlərinə belə davam edib: "ATV telekanalı məsələ ilə bağlı rəsmi açıqlama yayılıb. Mən əlavə nə isə deyə bilmərəm. Mənim demək istədiyim hər şey artıq deyilib. Xəbər portalları direktorun ölümü ilə bağlı yazılan xəbərlərin başlığında mənim və proqramımın adını hallandırır. Bunu normal qarşılayıram. Çünki mərhum biz çəkiliş etdikdən sonra mətbuatda açıqlamalar vermişdi. Deyəcək başqa sözüm yoxdur".

Məsələ burasındadır ki, yanvarın 11-də ATV-nin "Yoxlama" verilişi sözügedən məktəbdə çəkiliş aparıb. Həmin çəkilişdən sonra mətbuata açıqlama verən hər iki tərəf bir-birini ittiham edib.

Ölüm hadisəsindən sonra isə ATV telekanalı rəsmi açıqlama da verib: "Xətai rayonu 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölüm xəbəri bizi dərindən kədərləndirdi. Hər insan ölümü kimi bu ölüm hadisəsi də məyusedicidir. Səmimi qəlbdən Telman Qardaşovun ailəsinə və yaxınlarına baş sağlığı verir, səbir diləyirik. Ünvanımıza yönəldilən ittihamı isə kökündən qərəzli və absurd hesab edir, mərhumun oğlunun kədərini nəzərə alıb səbirlə qarşılayırıq.

Bəli, deyilən tarixdə məktəbdə çəkiliş aparmışıq və 11.01.2017-ci il tarixdə o veriliş efirdə yayımlanıb. Hər şey ictimaiyyətin gözü qarşısında baş verib. Verilişin efir gününə qədər ünvanımıza yönəldilən şər və böhtanlar da, yalanlar da... Veriliş efirə getdikdən sonra isə bütün həqiqətlər ortaya çıxdı.

Biz öz işimizi görmüşük. Nə Təhsil Nazirliyindən, nə Bakı şəhər Təhsil idarəsindən, nə də digər qurumlardan ünvanımıza irad bildirilməyib. MTRŞ isə açıqlamasında verilişdə heç bir qanunauyğunsuzluğun olmadığını bildirib.

Məlum verilişin çəkilişindən və efir günündən bu qədər vaxt keçdikdən sonra belə bir üzücü hadisənin baş verməsini kanalımızla əlaqələndirmək bütün məntiqi yanaşmalara ziddir. Ictimaiyyətə bəyan edirik ki, bu cür söz-söhbətin, dedi-qodunun tərəfi deyilik və qətiyyən də olmaq istəmirik".

Qeyd edək ki, mərhum direktor bu gün günün ikinci yarısında dəfn edilib.


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
6-03-2016, 12:21 Röya: "Toyumuz var"

bütün xəbərlər
____ Instagram ___